Dostluq münasibətləri
Azərbaycan dünya ölkələri ilə bərabər hüquqa əsaslanan əlaqələr qurur. Uğurlu və balanslaşdırılmış xarici siyasət ölkəmizin beynəlxalq əlaqələrini gücləndirir. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri, əldə edilən razılaşmalar, atılacaq birgə addımlarla bağlı imzalanan sənədlər mühüm önəm kəsb edir. Bu iki ölkə arasında mövcud əlaqələrin daha da dərinləşməsinə xidmət edir. Bu günə qədər Azərbaycan-Belarusiya əlaqələri özünün xarakterinə və inkişaf dinamikasina görə fərqlənib.
Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında diplomatik əlaqələr hələ Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu müddətdə yaradılmışdır. İkitərəfli əlaqələr əsasən Prezident İlham Əliyevin hakimiyyəti dönəmində yeni inkişaf mərhələsinə qədəm qoyub. İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılıb. Məhz ikitərəfli əlaqələrə nəzər salsaq, qeyd edə bilərik ki, rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektoru əhatə edir. Xüsusilə, təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı dəstək, kimi sahələri vurğulamaq lazımdır. Onuda qeyd edəki, Belarus Prezidentinin ölkəmizə səfəri çərçivəsində aparılan danışıqlar, keçirilən görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir.
Azərbaycan-Belarusiya arasında qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün lazımi tədbirlər görüləcək. Əlaqələrin dinamikasına uyğun olaraq qarşıda duran vəzifələr də kifayət qədər konkret xarakterə malikdir. Azərbaycan dövləti ilə güclü sənaye inkişafına malik olan Belarus dövləti arasında Maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyatda əlaqələrin inkişafı ilə bağlı konkret hədəflər var. Bir sıra sahələrdə həyata keçirilən birgə layihələr, xüsusən, qeyri-neft sektorunda əməkdaşlıq iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərir. Belarusiyanın Azərbaycanın azad edilmiş ərazilərində birgə layihələrin reallaşdırılması qarşılıqlı faydalı əməkdaşlığı daha da gücləndirə bilər. Prezident cənab İlham Əliyev birgə mətbuat konfransında işğaldan azad olunmuş bütün ərazilərimizdə bərpa-quruculuq işlərindən bəhs edib. Vurğulanıb ki, işğal illərində hər şey dağıdılıb: İnfrastrukturu, yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri və digərlərini sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətləri bu prosesə fəal qoşulmalıdır. Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var.
Ölkəmizin başçısı vurğulayıb ki, Azərbaycan beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla münaqişəni həll etdi. Azərbaycanla Belarus rəhbərləri arasında etimada əsaslanan münasibətlər mövcuddur.Bu münasibətlər ölkələr arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsinə xidmət edir. Belarusiya Prezidentinin ölkəmizə rəsmi səfərində imzalanamış vacib sənədlər isə münasibətlərin yeni müstəviyə yüksəlməsində vacib rola malik olacaq. Belarus Prezidenti Aleksandr Lukaşenkonun Prezident İlham Əliyevlə işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfər etməsi bu ölkənin Azərbaycanın suverenliyinə hörmətlə yanaşmasının nümunəsidir.
Prezident İlham Əliyev və Prezident Aleksandr Lukaşenkonun şəxsi dostluq münasibətləri ölkələrimizin və xalqlarımızın dostluğuna böyük töhfə verir.
Əsədov Nazim,
Xəzər rayonu, 256 nömrəli tam orta məktəbin müəllimi