Analitika

Demək olar ki, 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub

30 il Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri qanunsuz fəaliyyət üçün fəal istifadə edilirdi. Burada “boz bazar” həm dövlət strukturları ilə bağlı Ermənistan şirkətləri, həm də iri beynəlxalq şirkətlər idarə edirdilər. Onların fəaliyyətinin əsas istiqamətləri dağ-mədən sənayesi, telekommunikasiya və maliyyə sektorları idi. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini, təbii sərvətlərini talan etməklə və bu cinayətə xarici şirkətləri cəlb etməklə işğal faktını bərqərar etməyə çalışır və işğalçı rejimin dünya ictimaiyyəti tərəfindən tanınacağına ümid bəsləyirdi. Bu fəaliyyətin həyata keçirilməsi yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün mülkiyyət hüquqlarının pozulması ilə müşayiət olunur və onların doğma yurdlarına qayıtmasına əlavə maneələr yaradırdı.

Dövlətimizin başçısı Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, ATƏT-in Baş katibi, Münxen Təhlükəsizlik Konfransı Şurasının sədr müavini xanım Helqa Maria Şmidin iştirak etdiyi Münxen Təhlükəsizlik Konfransının əsas proqramı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasda geniş və məntiqli çıxışı ilə ölkəmizin Qarabağ məsələsindəki qətiyyətli mövqeyinə yönəltdi.

Bu gün dünyada həm siyasi, həm iqtisadi, həm də hərbi böhran yaşanan vaxtda Azərbaycan öz iqtisadiyyatını dirçəltməklə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti quruculuq işləri aparır, torpaqların minalardan təmizləməsi prosesini həyata keçirir. Eyni zamanda, Azərbaycan öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır. Azərbaycan xalqı müharibənin nə olduğunu bilir. Onun xalqlar üçün nə dərəcədə dağıntılar və əziyyətlər gətirdiyini bilirik.Demək olar ki, 30 il ərzində torpaqlarımız Ermənistanın işğalı altında olub.Buna görə də ölkəmiz Avrasiyada sülhün bərqərar olmasını istəyir. Öz çıxışında cənab Prezident xususi vurğuladı ki, Dağlıq Qarabağ sözü artıq qüvvədən düşüb. Azərbaycanda Dağlıq Qarabağ kimi inzibati vahid yoxdur. Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət edilməlidir. Azərbaycanda erməni əhalinin olduğu Qarabağ rayonu vardır.

Cənab Prezident Ermənistanın baş nazirinin güya Azərbaycanın Laçın-Xankəndi yolunu bağlaması və burda yaşayan erməni əhali üçün “böhran vəziyyəti yaratması” ittihamlarını da tutarlı şəkildə cavablandırdı. Prezident bildirdi ki, dekabrın 12-dən bizim vətəndaş cəmiyyəti fəallarımız keçid məntəqəsinə gələndən indiyədək 2500-dən çox nəqliyyat vasitəsi, o cümlədən Rusiya sülhməramlılarının və Qırmızı Xaçın təmsilçilərinin yük avtomobilləri keçib. Qarabağdan 100 pasiyent müalicə üçün Qırmızı Xaç tərəfindən Ermənistana aparılıb. Əgər Qarabağdakı ermənilər bu yoldan istifadə etməyə çalışsalar, onları heç kim dayandırmayacaq. Biz haqlı olaraq tələb edirik ki, yataqlarımızın qanunsuz istismarı dayandırılsın və buna nail olunmayana qədər bizim ictimai fəallarımız öz şərəfli missiyasından əl çəkməyəcəklər. Bu sözlər ermənilərin yaydığı yalanların növbəti dəfə ifşası idi.

Əzimova Zərifə,
Xəzər rayonu, 123 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button