Analitika

Dayanıqlı enerji siyasətimiz bizi Avropanın əsas tərəfdaşlarından birinə çevirib

Fevralın 3-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Prezident İlham Əliyev çıxışında Rumıniya Prezidentinə bugünkü mühüm tədbirdə iştirakına görə təşəkkürünü bildirib. Bu, bir daha onu göstərir ki, Rumıniya enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirir və bizim gələcək ümumi addımlar strateji tərəfdaş olan ölkələrimiz arasında əlaqələndirmə nəticəsində atılacaq. Yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunmasına gəldikdə, bütün bunlar birgə səylərimizlə edilmişdir və indi görünür, bu, heç vaxt görünmədiyi kimi vacibdir. Yaxşı haldır ki, biz hər bir şeyi vaxtında etdik, vaxt itirmədik. Baxmayaraq ki, Cənub Qaz Dəhlizi layihəsinin icrasında müəyyən yubanmalar oldu, lakin biz onu mümkün qədər tez başa çatdırmağa çox sadiq idik. İndi isə biz artıq onun genişləndirilməsi haqqında danışırıq.Bakı 2015-ci ildən etibarən keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti -9-cu toplantısına ev sahibliyi etdi. Bu format görülmüş işlərə nəzər salmaq və yeni perspektivləri qiymətləndirmək baxımından olduqca əhəmiyyətli platformadır. Son iki il ərzində bu istiqamətdəki işlər Şərq Tərəfdaşlığı ölkələrinin enerji bazarlarındakı islahatların və dayanıqlı enerji siyasətinin formalaşdırılmasının dəstəyinə yönəlmiş EU4Energy proqramı çərçivəsində aparılır. Büdcəsi 21 milyon avro olan və 2020-ci ilə qədərki dövrü əhatə edən bu proqram Avropa İttifaqı tərəfindən maliyyələşdirilir.Bu layihə çərçivəsində Beynəlxalq Enerji Xartiyası tərəfindən Azərbaycana uzunmüddətli Enerji Strategiyasının hazırlanmasında köməklik göstərilir. Sənəd, ölkənin 2016-cı ilindən olan Milli Yol xəritələrində əks olunmuş məlumat və öhdəliklərə əsaslanmalıdır.Hal-hazırda Azərbaycanın Enerji Strategiyasının hazırlanması ilkin mərhələdədir – sənədin texniki xırdalıqları razılaşdırılır, kiminlə və hansı müddət ərzində tərtib ediləcəyi, hansı üsullara əsaslanacağı, hansı dövrü əhatə edəcəyi və sair məsələlər müzakirə olunur. Bu istiqamətdə aparılan işlərin çərçivəsində Bakıda Azərbaycanın və Aİ- nın ekspert qruplarının üzvlərinin artıq bir neçə görüşü baş tutub.Sonuncu dəfə belə bir görüş sentyabrda keçirilib. Azərbaycan üçün Enerji Strategiyasının hazırlanması üzrə texniki dəstək qrupunun rəhbəri, ekspert İlki Levinqtonun sözlərinə görə, Bakıda Avropa İttifaqı ölkələrinin enerji strategiyalarının bir neçə ən qabaqcıl nümunələrinin təqdimatı keçirilmişdir.Bütün bu strategiyalar özünəməxsus üçbucağın – “enerji təchizatının etibarlılığı”, “energetika sektorunun dayanıqlığı” və “prosesin iqtisadi səmərəliliyi” üzərində qurulub. Ölkə daxilində enerji səmərəliliyi üzərində işlər aparılır. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan dərhal sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işlər görülür. İtkilərin azaldılması proqramı, o cümlədən elektrik enerji və təbii qazın kombinasiyası əsasında daxili istehlak proqramı üzərində işlər aparılır. Son geosiyasi hadisələr göstərdi ki, enerji təchizatı məsələsi həqiqətən də dövlətlər üçün milli təhlükəsizliyin mühüm komponentlərindən biridir. Bu qış enerji, xüsusilə qaz təchizatında böhranla üzləşən Avropa onu çoxdandır düşündürən mənbələrin şaxələndirilməsi məsələsini növbəti dəfə daha həyəcanla müzakirə etməyə başladı. Qarabağ və Şərqi Zəngəzurda alternativ enerji mənbələrindən səmərəli istifadə bölgənin bərpa konsepsiyanda vacib istiqamət kimi fərqləndirilir. Bəlkə də təsadüfi deyildi ki, dövlət başçısının azad olunmuş ərazilərdə açılışını etdiyi ilk infrastrutur layihəsi məhz alternativ enerji infrastrukturu ilə bağlı idi. Azərbaycanın çox böyük yaşıl enerji potensialına malik olduğunu xatırladan Prezident İlham Əliyev qeyd etdi ki, bu, artıq təsdiq olunmuş faktdır yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır.Ötən ilin fevral ayında təsdiqlənmiş Azərbaycan 2030 -sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərdə də əsas 5 inkişaf istiqaməti sırasında Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi möhkəmlənməsi prioriteti fərqləndirilir. Siyasi və iqtisadi təlatümlər, hətta təbii hadisələr və s enerji qiymətlərinə dərhal təsir edir. İstehsalçılar, tranzit ölkələr tez-tez onun qiymətinə yenidən baxmalı olurlar. Ancaq Azərbaycan ən ekstremal vəziyyətlərdə belə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirir və şübhəsiz, rəsmi Bakının reputasiyası həm də bu amilə söykənir. Bu faktor isə xarici investorları təşviq edərək ölkəmizin xeyrinə işləyən domino effekti yaradır.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button