COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir
Son illər ərzində ölkəmizin həyatında qazanılan uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Bundan əlavə, COP29-un Azərbaycanda keçirilməsi BMT səviyyəsində ölkədə siyasi və iqtisadi sabitliyin tanınmasından xəbər verir. Ümumən ekologiyanın vəziyyətinin yaxşılaşdırılması planetimizin ömrünün uzanmasına, insanların sağlamlığına, ərzaq məhsulları ilə bol təminatına yol açan əsas vasitə sayılır. Böyük enerji şirkətləri ilə icra edilən yaşıl layihələr ölkəmizin təmiz enerji ölkəsinə transformasiyasına, ekoloji tarazlığı dəstəkləyən investisiyaların təşviqinə hesablanıb.
Qlobal iqlim dəyişikliyini nəzərə alaraq, Azərbaycan hökuməti sirkulyar iqtisadiyyata keçidi, təmiz texnologiyaların tətbiqi, təmiz enerji mənbələrindən istifadənin təşviqi, təkrar emal və çirklənmiş ərazilərin təmizlənməsi ilə bağlı layihələri dəstəkləyir və icra edir. Sağlamlıq böhranı və çirklənmə indiki və gələcək nəsillər üçün optimal həyat şəraitinin təmin edilməsinə maneə olan əsas amillərdir. Bu kontekstdə yaşıl xidmətlərə üstünlük verilməsi, yaşıl nəqliyyat vasitələrinin seçilməsi ilə çirklənmənin azaldılması və fərdi səviyyədə görülən hər hansı digər ekoloji təmiz tədbirlər kimi müəyyən edilən ekoloji istehlak əhalinin sağlamlığının qorunmasında böyük rol oynayır. Azərbaycan Cənub Qaz Dəhlizini inkişaf etdirməklə yanaşı Yaşıl Enerji Dəhlizi layihəsini də reallaşdıracaq və gələcəkdə buna bənzər layihələri də uğurla icra edəcək”.Enerji təhlükəsizliyi məsələsi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdəndir.
Sahil Əliyev,
YAP-ın gənc fəalı