COP29 dünyanın ən mötəbər beynəlxalq tədbirlərindən biridir
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Bu mötəbər tədbirdə iştirakı zamanı ölkə başçısı “Euronews” telekanalına müsahibə verib. Avropa məkanında çox böyük maraqla qarşılanan bu müsahibədə ölkə başçısı bir neçə mühüm əhəmiyətli məqama, xüsusi olaraq COP29-a hazırlıqla başlı işlərə aydınlıq gətirib. Qeyd edilib ki, ölkəmiz bu toplantıda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyir. Azərbaycanın Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəsi vardır. Ölkəmiz dörd il ərzində BMT-dan sonra üzv sayına görə ikinci olan bu təşkilata sədrlik edib və bu müddət ərzində böyük tərəqqiyə nail olub. Bu gün Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə də fəal işləyir və əlaqələri genişləndirir. Artıq İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalanaraq qəbul edilib.
“Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik”, – dövlət başçısı müsahibəsində qeyd edib.
Təsadüfi deyil ki, Qoşulmama Hərəkatının üzv dövlətləri öz problemlərinin həlli yolunda keçirdikləri mitinqlərə Azərbaycan bayrağı, İlham Əliyevin portretləri ilə çıxırlar. Ölkəmizin fəaliyyətinə bu cür inam göstərilməsi tarixi nailiyyətdir.
Islam Bafadarov,
YAP-ın gənc fəalı