Çin Azərbaycanla münasibətdə hər zaman yaxın müttəfiq və etibarlı tərəfdaş kimi çıxış edib
Azərbaycanın müstəqilliyi dövründən bu yana Çin Xalq Respublikası ilə müxtəlif sahələr üzrə ikitərəfli əlaqələr yüksək səviyyədə inkişaf etməkdədir. Tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan hal hazırda Çinin yaxın müttəfiq ölkələrindən biridir. Torpaqlarımızın işğal dövrü zamanında Çin tərəfi Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə dəstək verdiyini və BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələrinə əməl edilməsinə çağırırdı. Bu münaqişənin sülh yolu ilə həll edilməsinədə tərəfdar olduğunu qeyd edilib. Azərbaycan və Çin Xalq Respublikası dövlət müstəqilliyi, suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünün möhkəmləndirilməsinə yönəlmiş səylərlə bağlı məsələlərə dair mövqeləri qarşılıqlı dəstəkləməyə davam edəcəklər. Həmçinin iki ölkə arasında böyük iqtisadi inkişaf və bu sahədə olduqca böyük əhəmiyyətli layihələr icra olunmaqdadır. Azərbaycan Respublikası tərəfindən həyata keçirilən Bakı-Tbilisi-Qars və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi nəqliyyat-infrstruktur layihələri Transxəzər Şərq-Qərb Nəqliyyat Dəhlizini formalaşdırır, bu isə Çindən Avropaya yük daşımaları üçün yeni xətdir.
Dünyanın sürətlə böyüyən ölkəsi ilə münasibətlərin inkişaf etdirilməsi, bundan başqa, beynəlxalq təşkilatlarda nüfuzu getdikcə artan Çinlə əlaqələrin gücləndirilməsində Azərbaycan Respublikası hər zaman diqqətdə saxlayıb. Cənab Prezident İlham Əliyev Davosda Çinin CGTN televiziya kanalına müsahibəsi zamanı bunları qeyd etmişdir. Biz həmişə bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz çox möhkəm siyasi platforma qurmuşuq. İndi isə biz bunun üzərində iqtisadi əməkdaşlığımızı qururuq. Bugünkü vəziyyətdə bu çox mühümdür, çünki yeni çağırışlar, yeni problemlər və yeni imkanlar var. Biz daha çox Çin şirkətini Azərbaycanda görməyə ümid edirik.
Subhan Ərəbi,
YAP-ın gənc fəalı