
Cənubi Qafqaz və Baltik tarixən müxtəlif siyasimaraqların toqquşduğu, təhlükəsizlik baxımından həssasməkanlar kimi tanınır. Bu iki bölgə bir-birindən coğrafibaxımdan uzaq olsa da, oxşar təhlükəsizlik çağırışları iləüzləşmiş, dövlət müstəqilliyini qorumaq vəmöhkəmləndirmək uğrunda mühüm mərhələlərdənkeçmişdir. Cənubi Qafqaz tarix boyu böyük imperiyalarıntəsir dairəsində olmuşdur. XIX əsrdə Rusiya imperiyasınınbölgəni işğal etməsi, XX əsrin əvvəllərində isə qısamüddətli müstəqillik dövrləri bölgənin siyasi xəritəsiniformalaşdırmışdır. Baltik regionu da oxşar tarixə malikdir; Latviya, Litva və Estoniya XX əsrdə Sovet İttifaqınıntərkibində olmuş, 1990-cı illərdə müstəqilliklərini bərpaetmişlər. Bu ölkələr təhlükəsizliklərini təmin etmək üçünmüxtəlif beynəlxalq əməkdaşlıq formatlarına qoşulmuş vəmüdafiə sistemlərini gücləndirmişlər. Baltik dövlətlərinintəcrübəsi göstərir ki, kiçik dövlətlər üçün təhlükəsizlikyalnız hərbi güclə deyil, həm də diplomatik əlaqələr vətərəfdaşlıq vasitəsilə təmin olunur. Azərbaycan ilə Latviyaarasında münasibətlər qarşılıqlı hörmət və əməkdaşlığaəsaslanan əlaqələr 1990-cı illərdə qurulmuşdur. 1994-cü ildə diplomatik münasibətlərin qurulması ilə siyasi dialoqüçün möhkəm baza yaradılmışdır.
Respublikamız müstəqillik əldə etdikdən sonratəhlükəsizlik məsələlərini çoxşaxəli şəkildə qurmuşdur; enerji layihələri, nəqliyyat dəhlizləri və əməkdaşlıqtəşəbbüsləri ölkənin təhlükəsizlik mövqeyinimöhkəmləndirmişdir. Eyni zamanda, Azərbaycan müxtəlifbeynəlxalq təşkilatlarda iştirak edərək öz təhlükəsizliknümunəsini formalaşdırmışdır. Dövrümüzdə LatviyaCənubi Qafqazda sabitliyin bərqərar olmasını dəstəkləyir. Tərəflər arasında Azərbaycan və Ermənistan arasındakısülh prosesi, eləcə də Baltik regionundakı təhlükəsizlikməsələləri üzrə müntəzəm məlumat mübadiləsi aparılır. Ermənistan-Azərbaycan münaqişəsinin dövründə LatviyaAzərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinidəstəkləmişdir.
Həmçinin, Azərbaycan da Avropanın, o cümlədənLatviyanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimiçıxış edir. Xüsusilə, qeyd etmək lazımdır ki, iki ölkəarasında 2017-ci ildə imzalanmış “Strateji tərəfdaşlığınyaradılması haqqında Bəyannamə” təhlükəsizlikməsələləri üzrə mütəmadi məsləhətləşmələrinkeçirilməsini və terrorçuluq, mütəşəkkil cinayətkarlıqlamübarizədə əməkdaşlığı nəzərdə tutur. Xüsusilə qeydetməl lazımdır ki,bu sənəddə Latviya Azərbaycanınsuverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədətanınmış sərhədlərinin toxunulmazlığını rəsməndəstəklədiyini bəyan etmişdir. Bundan başqa, LatviyaAzərbaycanın azad edilmiş ərazilərində mina təhlükəsizliyi məsələsinə diqqət yetirir və bu sahədəhumanitar dəstək imkanlarını nəzərdən keçirir.Ümumiyyətlə, Azərbaycan NATO-nun “Sülh NaminəTərəfdaşlıq” proqramının fəal üzvüdür və LatviyaAzərbaycanın NATO ilə əməkdaşlığının dərinləşməsində, habelə təhlükəsizlik islahatlarında öz təcrübəsini bölüşür.
İqtisadi sahədə də əməkdaşlıq imkanları genişdir. Azərbaycan enerji sahəsində etibarlı tərəfdaşdır, Latviyaisə logistika və nəqliyyat sahəsində mühüm rol oynayır. Latviya Aİ üzvü kimi, ittifaq daxilində Azərbaycanınmaraqlarını, xüsusilə “Şərq Tərəfdaşlığı” proqramıçərçivəsində enerji və nəqliyyat təhlükəsizliyi məsələlərinifəal şəkildə təşviq edir. Latviya Azərbaycanın Xəzərdənizindən Avropaya çəkdiyi enerji dəhlizlərini regionunümumi təhlükəsizlik arxitekturasının mühüm hissəsi hesabedir. Orta Dəhliz” layihəsi Latviya üçün Baltik dənizi iləXəzər dənizi arasında yeni və təhlükəsiz ticarət yoludeməkdir.
Aprelin 22-də keçirilən görüş zamanı verilənbəyanatlar əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqlədi. Liderlər təhlükəsizlik, sabitlik və qarşılıqlı dəstəkməsələlərinin vacibliyini vurğuladılar. Bu cür əməkdaşlıqhəm regional sabitlik, həm də qarşılıqlı inkişafbaxımından mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, deyilənlərdən aydın olur ki, Azərbaycan vəLatviya arasında təhlükəsizlik sahəsində əməkdaşlıq həmikitərəfli tərəfdaşlıq, həm də yerli və beynəlxalq sabitlikçərçivəsində inkişaf etməklə yeni mərhələyə qədəm qoyur.
Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi



