Cənab Prezident İlham Əliyev xalqın həmrəyliyini, birliyini hər şeydən üstün tutmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən bu yana ümummilli lider Heydər Əliyevin apardığı çoxşaxəli daxili və xarici siyasət strategiyasını uğurlu şəkildə həyata keçirir. Dövlət başçısının reallaşdırdığı bir çox layihələr bu gün ölkəmizin inkişafında mühüm rol oynayır. Bunlara enerji sahələrini, neft və qaz sənayesini, daxili siyasət xəttində ölkədə həyata keçirilən islahatları misal çəkmək olar.
Yaradılan hər yeni infrastruktur, aparılan hər islahat, qəbul edilən hər qanun, reallaşdırılan hər layihə, açılan hər təhsil və səhiyyə obyekti sadəcə ölkəmizin regionun aparıcı dövlətlərdən birinə çevrilməsinə xidmət edir.
Cənab Prezident İlham Əliyev xalqın həmrəyliyini, birliyini hər şeydən üstün tutmuşdur. Elə bu birliyə, xalqın sevgisinə və ona olan sədaqətinə arxalanaraq iqtisadi böhranlara, beynəlxalq təzyiqlərə və pandemiyanın yaratdığı çətinliklərə sinə gərə bildi. Hazırda Azərbaycan xalqının və dövlətinin dünyanın gündəmində olmasının əsas təzahürüdür, bu yenilməz sevgi və bağlılıqdır. Xalq və dövlət başçısı arasında olan bu sarsılmaz birlik dünyanı heyrətə gətirmişdir. Prezident İlham Əliyev Azərbaycan Respublikasını regionda və beynəlxalq arenada mükəmməl şəkildə təmsil edir. Dövlət başçımızın yeritdiyi müdrik və uzaqgörən siyasəti, millətinə olan bağlılığı Azərbaycan Respublikasının gələcək inkişafında ən böyük faktordur.
Nəsirova Ofelya,
KBTRL-nin tarix müəlliməsi