Siyasət
Bu hakim Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin sədri oldu
Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinə sədr təyin edilib.
Aktualinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Hüseyn Məmməd oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin hakimi və sədri təyin olunub.
O, 2023-cü il yanvarın 2-dən fəaliyyətə başlayacaq.
Qeyd edək ki, Hüseyn Məmmədov daha əvvəl Naxçıvan Şəhər Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri vəzifəsini tutub.