Analitika

Bu gün Azərbaycan sözün əsl mənasında həm Beynəlxalq aləmdə, həm də regionda böyük nüfuza sahib olan bir dövlətdir

Cənab İlham Əliyev 10 yanvar tarixində verdiyi müsahibəsində bir çox məqamlara toxunmuşdu. Onun sözlərinə görə 2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstək verildi. 1993-cü ildən sabit inkişafın bünövrəsi qoyuldu. Məhz bu illər ərzində bu günki dövlətçilik prinsipi bərqərar olundu və Azərbaycanda vətəndaş cəmiyyəti yaradıldı.

Azərbaycan Respublikasını az vaxtda dünya miqyasında tanınan güclü ölkələr sırasında yerləşdirməyi bacaran prezident aktivliyi, aktuallığı və düzgün siyasətilə bir çox ölkələr üçün nümunə oldu. Sağlam cəmiyyətin yaranması və onun möhkəmlənməsi üçün daim ədaləti təmin etməyə çalışan İlham Əliyev beynəlxalq müstəvidə ölkəyə qarşı aparılan siyasi və diplomatik savaşlarda da qələbəyə nail oldu. Ali Baş Komandanımız hərbi müstəvidə çox böyük və uğurlu qələbəyə imza atdi. “Dəmir Yumruq” əməliyyatı adı altında Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyilə ölkəmizin İkinci Qarabağ müharibəsində qələbəsini təmin etdi. Tarixən Azərbaycana məxsus olan Qarabağ torpaqlarını düşmən tapdağından azad etdi. Şəhidlərimizin qanı yerdə qalmadı. Xocalıda bayrağı qaldıraraq Xocalı qurbanlarının qanını yerdə qoymadı.

Zəfərimizin son nöqtəsi isə Xankəndidə bayrağın qaldırılması oldu. Ərazilərimizi azad etmək milli ideyası ilə Prezident bütün xalqı bu amal ətrafında birləşmişdirməyi bacardı. Hər il 8 Noyabr Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Beynəlxalq hüququn qorunması müstəvisində önəmli təşəbbüs göstərən İlham Əliyev məntiqli və sübuta əsaslanan cavabları ilə xarici düşmənlərimizə layiqincə cavab verdi.

Prezident İlham Əliyevin televiziya kanallarına müsahibəsi Azərbaycan reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasında çox önəmli olmaqla yanaşı, ölkəmizin qlobal informasiya məkanında mövqeyinin gücləndirilməsinə xidmət edir. Bu, eyni zamanda, anti-Azərbaycan dairələrin əks-təbliğatının darmadağın edilməsi üçün də böyük əhəmiyyət daşıyır.

Kərimov Qara,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button