Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, iqtisadi cəhətdən tam müstəqildir

Azərbaycan Xalq Cümhuriyyəti çox çətin şəraitdə və qısa müddət ərzində milli dövlət təsisatlarını yaratmağa, dövlət atributlarını qəbul etməyə, eləcə də ölkənin beynəlxalq aləmdə tanınması üçün qətiyyətli addımlar atmağa nail olub. Cəmi 23 ay yaşayan Cümhuriyyətin azadlıq ideyaları və dövlət müstəqilliyi ənənələrinin Azərbaycan xalqının təfəkküründə möhkəm yer tutub və ölkəmiz 1991-ci ildə müstəqilliyini yenidən bərpa edib.
Ümummilli liderimiz Heydər Əliyevin qurub yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan Respublikası indi Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, qarşıya qoyulan hədəflərə doğru inamla irəliləyir, ümumbəşəri dəyərlərə əsaslanaraq mütərəqqi inkişaf kursu seçməklə demokratikləşmə, insan hüquq və azadlıqlarının təminatı sahəsində ciddi nailiyyətlərə imza atır.
Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, istənilən nəticəni əldə etməyə, qarşısına qoyduğu bütün vəzifələri icra etməyə yetəcək gücə sahibdir. Azad edilmiş bütün ərazilərdə aparılan geniş quruculuq işləri də bunun daha bir sübutudur. Ölkə prezidenti İlham Əliyev dediyi kimi:” Artıq azad edilmiş torpaqların əsil sahibləri həmin ərazilərə qurmaq, yaratmaq üçün əbədi qayıdıblar.”
Cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkənin iqtisadiyyatı gücləndirildi və bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, iqtisadi cəhətdən tam müstəqildir. Bu gün Azərbaycan böyük humanistlik nümayiş etdirərək sülh sazişinin imzalanması üçün çağırışlar edir və bununla Ermənistana tarixi şans təklif edir.
Mətanət Cəfərova,
YAP-ın fəalı