Analitika

“Bol sərvətli, Qızıl körpü” Azərbaycan!

Ulu tanrı heç nəyi əsirgəməmişdir mənim vətənimdən- doğma Azərbaycanımdan. Başı qarlı dağları, bərəkətli düzləri, faydalı qazıntıları coşqun dənizi, dünyaya səs salan filiz yataqları, İpəyi bol sərvətli olan dövlətimizi dünyanın hər yerində tanıyırlar. Şimala Cənub, Şərqlə Qərb arasında qızıl körpüdü Azərbaycanım!

Elə bir körpü ki, şərqli-qərbli, şimali-cənublu çox xalqlar bir-biri ilə əlaqə saxlamaq üçün bu körpüdən keçməlidir. E.ə. II əsrin əvəllərindən başlayaraq Azərbaycan Şərqi Asiya ölkələrinin Qərblə beynəlxalq tranzit ticarəti yolunda yerləşdiyinə görə onun bu ölkələrlə ticarət, iqtisadi sahələrdə imkanlar açılmışdır. Böyük ipək yolu Azərbaycan-Çin əlaqələrinin qədim və zəngin ənənələrə malik olduğunu sübut edir.Hər iki dövlət qarşılıqlı şəkildə bir-birinin suverenliyini və torpaqların toxunulmazlığını tanıyır. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən olan ÇXR hər zaman Azərbaycanı dəstəklədiklərini bildirir

27 dekabr 1991 ci ildə Çin Azərbaycanın müstəqiliyini tanıyıb. İki ölkə arasında diplomatik əlaqələr 1992 ci il aprelin 2-də qurulub. 30 ildən çox davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. 1992 ci ilin avqust ayında ÇXR-in Azərbaycan Respublikasında səfirliyi açılıb,1993 cü ilin sentyabr ayında Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyin açılması qərarlaşdırılıb. Bu, iki dövlət arasında rəsmi şəxslərin qarşılıqlı səfərləri diplomatik əlaqələrin möhkəmlənməsinə xidmət etmişdir.

Azərbaycan Cin dövləti ilə enerji, kənd təsərrüfatı və yüksək texnologiyalar sahələrində də əməkdaşlıq etməyə ümid edir, bir çox Çin şirkətləri Azərbaycanda uzun illərdir ki, fəaliyyət göstərir. Bu iki dövlət arasında sıx əlaqələrin nümunəsidi. Dövlətlərimiz arasında xarici və yerli investisiyalar lazımınca qorunur. Ölkəmizə qoyulan sərmayələrin əksəriyyəti neft və qaz sektoruna yönəlmişdir. Bu gün Bakının yaxınlığında yerləşən Ələt bölgəsində azad iqtisadi zonanın açılmasının sonuncu mərhələsi icra olunur. Ümid edirik ki, Çin şirkətləri bu fürsətlərə diqqət yetirəcək. Əlbəttə ki, Şərq və Qərb arasında, ənənəvi İpək yolu coğrafiyasında yerləşməyimiz bizim üçün çoxlu imkanlar yaradır. Azərbaycan Cin dövləti arasıda İqtisadi əməkdaşlıq əlaqələri durmadan artır. Azərbaycan Orta Dəhlizlə bağlı Çinin təşəbbüslərini dəstəkləyir. Çinin dövlət başçısı Si Cinpin ötən ilin payızında “Bir kəmər, bir yol” Sammiti çərçivəsində Pekində Prezident İlham Əliyevi “Çinin böyük dostu” adlandırmışdır. “Bir kəmər, bir yol” təşəbbüsü indi çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş çox müdrik bir təşəbbüs idi. Azərbaycan bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşuldu və biz mövcud olmayan infrastruktura investisiya yatırmağa başladıq. Son illər ərzində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdi. Onun yükaşırma qabiliyyəti 15 milyon tondur və biz onu 25 milyon tona qədər artıracağıq. Biz Xəzər dənizi ilə yükləri daşımaq üçün gəmiqayırma zavodunu inşa etdik. “Bir kəmər, bir yol” təşəbbüsü müxtəlif marşrutları, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımanı fəallaşdırır.

Açıq dənizə çıxışı olmayan bir ölkə olan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrildi. Avtomagistrallar və hava limanları kimi layihələr də həyata keçirilir. Şimal-Qərb marşrutu uğurla inkişaf edən qlobal layihədir.Tranzit nəqliyyat layihələrinin inkişafı iqtisadiyyatın şaxələnməsi və neft-qaz gəlirlərindən asılılığın azalması deməkdir. Ərazimizdən nə qədər çox yük keçərsə, bizim bundan bir o qədər çox faydamız olar, bir o qədər də çox iş yerlərimiz olar. Ötən il Azərbaycan ərazisindən tranzit daşımalar 75 faiz artıb. Bu, təkcə infrastruktura görə yox, lazımi idarəetməyə görə artmışdır. Görülmüş tədbirlər bizə yükdaşımanı sürətləndirməyə, bürokratik əngəlləri aradan qaldırmağa və bunu fiziki olaraq cəlbedici etməyə imkan verir. Azərbaycanda böyük potensial var və Çində böyük texnoloji nailiyyətlər mövcuddur.

Prezident İlham Əliyevin dövlət siyasəti nəticəyönlüdür, hər zaman planlarla bağlı insanlarla məsləhətləşir və açıq kommunikasiya kanalı yaradır. Səfərlər çərçivəsində insanları narahat edən problemlər öyrənilir və onların həlli yolları araşdırılır. Bakıdan Cənubi Avropaya gedən 3500 kilometr uzunluğunda Cənub Qaz Dəhlizinin tikintisi tamamlanıb. Onun bir hissəsi dənizin altından, bir hissəsi yüksək dağlıq ərazidən keçir.

Biz uzaq görən, sülh sevər xalq olduğumuz üçün nəyin ki, Asiya Avropa dövlətlərindən də yardımımızı əsirgəmirik. Bu gün Avropada qaz çatışmazlığı var və bu mənada Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkədir. Ötən il biz Avropa bazarına qaz ixracını iki dəfə artırmaq üçün Avropa Komissiyası ilə sənəd imzaladıq. Biz 5 il ərzində bu hədəfə Prezdent İlham Əliyevin uzaq görən siyasəti nəticəsində nail olacağıq. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərik, bunu İkinci Qarabağ müharibəsindəki uğurlarımız bir daha sübut etdi.1990-cı illərin əvvəllərində ölkəmizin köməyə ehtiyacı olub. O zaman ölkəmiz yoxsul idi və bir çox sosial problemlərlə üzləşmişdi. Azərbaycan kasıblığın nə olduğunu yaxşı bildiyi üçün digər ölkələrə kömək əlini uzatdı. Biz pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Biz süh, əməkdaşlıq istəyi ilə yaşayan bir millət olaraq müharibə istəmirik.

Dəstək və əməkdaşlıqla bağlı qlobal arenada Çinin gördüyü işlər beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməlidir. Çin bunu qlobal miqyasda edir. Biz isə bunu daha çox regional miqyasda edirik. Ancaq bizim fəlsəfəmiz eynidir və uğurludur. Azərbaycan beynəlxalq prinsiplərdən irəli gələn qarşılıqlı əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq siyasəti yürütməklə dövlətlərlə əməkdaşlağı durmadan inkişaf etdirir.

Babayeva Zenfira,
Xəzər rayonu 234 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button