Analitika

Biz Qabağda ədaləti bərpa edəcəyik

Sülh müqaviləsinin beş prinsipi mümkün qədər tez paraflanmalıdır, sülh müqaviləsinin mətni üzərində iş bu prinsiplər əsasında başlamalıdır. Əminəm ki, buna tez nail olmaq mümkündür. Çünki hesab etmirəm ki, bu, hansısa çoxcildlik olmalıdır, bu, beynəlxalq hüquq, beynəlxalq təcrübə çərçivəsində parametrləri müəyyən edən bir neçə maddədən ibarət yetərincə yığcam sənəd olmalıdır. Bununla biz müharibə, düşmənçilik səhifəsini qapadacağıq”. – İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti

Artıq İkinci Qarabağ müharibəsindən iki il ötüb. Lakin Azərbaycan ilə Ermənistan arasında münasibətlər hələ də normallaşmayıb. Baxmayaraq ki, öz ərazi bütövlüyünü təmin edərək müharibəni qalibiyyətlə başa vuran Azərbaycan müharibənin bitdiyi ilk günlərdən düşmən ölkəyə sülh təklifi etmişdir, amma Ermənistan hökuməti bu təklifi hələ də müsbət cavablandırmayıb.

Bu müddət ərzində həm Rusiyanın, həm də Avropa İttifaqı Şurasının vasitəçiliyi və təşəbbüsü sayəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli və dördtərəfli görüşlər keçirilmiş və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi bu görüşlərin əsas müzakirə mövzusu olmuşdur. Müzakirələr zamanı Azərbaycan tərəfinin 5 baza prinsipi əsasında sülh təklifinə heç bir ölkə irad bildirməmişdir.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabr ayının 6-da Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bu barədə demişdir: “Deməliyəm ki, bizim tərəfdən elan edilən beş prinsiplə bağlı heç kimin – nə erməni tərəfinin, nə də Avropa İttifaqının heç bir sualı yoxdur. Bu gün Fransa Prezidenti ilə görüş zamanı mən gördüm ki, bu beş prinsip qəbul edilir. Bu, təbiidir, çünki biz yeni heç nə icad etməmişik. Bu, münasibətləri normallaşdırmaq istəyən dövlətlər arasında münasibətlərə əsaslanan prinsiplərdir”. Ermənilərin riyakar, ikiüzlü olduqları hər kəsə məlumdur. Bu, artıq özünün təsdiqini tapmış bir faktdır. Amma qorxaq, miskin bir xalqın başına gələn və gələ biləcək faciələri görə bilməməsi isə onların həm də şüursuz və dərrakəsiz olduqlarının göstəricisidir. Əks halda hələ ki, humanist ideyalara sadiq qalaraq sülh təklif edən Azərbaycanın səbrinin tükənəcəyini dərk edər və xalqının bundan sonrakı müqəddəratını fikirləşərdilər. Anlayardılar ki, qətiyyətli və əzmli Azərbaycan Prezidentinin hələ müharibənin bitdiyi ilk gündən bəyan etdiyi kimi, Azərbaycan ərazilərində yaşayan ermənilərə heç bir statusun verilməsi danışıqların mövzusu ola bilməz. Azərbaycan öz mövqeyində qətiyyətlidir. Belə ki, ermənilərə status verilməsinin yer aldığı heç bir müqavilə Azərbaycanın imzalayacağı sülh sənədi ola bilməz və bu sənədin müzakirə edilməsi belə mümkün deyil. Azərbaycan Prezidenti dəfələrlə qeyd edib ki, Azərbaycan dövləti onun ərazilərində yaşayan ermən Azərbaycan xalqı bu tarixi Qələbəni məhz döyüş meydanında qazandı. Bəyanatın üstünlükləri barədə demək olar ki, Azərbaycan bu il sentyabrın 27-də başlamış İkinci Qarabağ münaqişəsinin müvəffəqiyyətlə başa vurdu, Böyük Vətən müharibəsi bizim Böyük Zəfərimizlə başa çatdı. Azərbaycan son iki yüz illik tarixində müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Bu Bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycana maksimum sərf edən sənəddir. Ermənistan baş naziri əvvəlcə bəyanatı imzalamaqdan imtina etsə də, sonradan imzalamışdır. Beləliklə, Ermənistanın müstəqil siyasi iradəsi olmadığı, Rusiyanın forpostu olduğu bir daha təsdiqləndi. Bəyanat uzun illər davam edən işğala son qoyur. Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir. Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir. İmzalanacaq sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyulur, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq.ilərə də öz vətəndaşlarına verilən hüquqları verməyə hazırdır.

Bu gün dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir. Amma onların əsas arzusu doğma torpaqlara qayıtmaqdır. Azərbaycan dövləti işğaldan azad olunmuş bütün ərazilərdə infrastrukturu yeniləyərək məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılmasını mümkün olan ən qısa müddətdə təmin edəcək. Azərbaycan dövləti bütün tarixi abidələri bərpa edəcək, bütün məscidləri bərpa edəcək, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Biz qayıdırıq, Azərbaycan qayıdır! Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir. Məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq.

İşğal dövründə Ermənistan Azərbaycan torpaqlarında milli-mədəni irsi talayıb və məhv edib (culturcide), şəhərləri (urbicide) və digər yaşayış məntəqələrini dağıdıb və bölgəyə ağır ekoloji ziyan (ecocide) vurub. Azərbaycan torpaqlarında yüzminlərlə minalar, partlayıcı maddələr basdırılıb.

Ermənistan münaqişə dövründə Azərbaycana qarşı törətdiyi çoxsaylı müharibə cinayətlərinə, kütləvi qırğın və soyqırımı aktlarına, terrorçuluq fəaliyyətinə, vandalizmə görə hüquqi müstəvidə məsuliyyətdən yayına bilməyəcək, Azərbaycana vurduğu böyük sosial-iqtisadi zərərə görə kompensasiya ödəməyə məcbur ediləcək.

Qarabağda, hazırda müvəqqəti olaraq rusiyalı sülhməramlıların nəzarəti altında olan ərazidə yaşayan insanlar Azərbaycanda yaşayırlar və onlar onsuz da Azərbaycanın çox zəngin olduğu digər milli azlıqları kimi Azərbaycan vətəndaşları olaraq yaşayacaqlarına və ya Azərbaycanı tərk edəcəklərinə dair seçim etməlidirlər. “Əgər onlar Azərbaycan vətəndaşları haqqında xoşməramlı fikirdə olsalar, iş və sosial təminat olacaq. Sadəcə ona görə ki, Azərbaycanın daha güclü və daha sabit iqtisadiyyatı var, o, artıq Qarabağda əsaslı inkişafa və həyatın yaxşılaşdırılmasına yönəlib. Ancaq bu, ölkəmizin digər xalqları ilə sülh və harmoniyada yaşamaq istəyənlər üçündür. Terror və müharibə yolunu seçənləri isə tamam fərqli, çox sərt tədbirlər gözləyir”. Qarabağ erməniləri başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, hüquqlarının, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar.

Rəna Borayeva,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button