AnalitikaGündəmSiyasət

Bir yumruq olan xalqın möhtəşəm qələbəsi

Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Zəfərxalqımızın milli birliyinin, həmrəyliyinin və dövlətçilikiradəsinin ən parlaq təzahürüdür. 8 Noyabr – ZəfərGünü xalqımızın öz torpaqlarına bağlılığının, azadlıquğrunda mübarizə əzminin və milli qürurununtəntənəsidir. Bu qələbə bir daha göstərdi ki, Azərbaycan xalqı qarşıya qoyduğu ali məqsədləruğrunda birləşməyi, çətinliklərə sinə gərməyi və özhaqqını müdafiə etməyi bacaran qüdrətli xalqdır. Müharibənin ilk günlərindən etibarən cəmiyyətin bütüntəbəqələri vahid amal ətrafında birləşərək ordumuzamənəvi dəstək göstərdi.

44 günlük Vətən müharibəsi Azərbaycan tarixindəmisilsiz qəhrəmanlıq salnaməsi yaratdı. Cəbhədədöyüşən əsgər və zabitlərimizin şücaəti, arxa cəbhədəçalışan insanların fədakarlığı, xaricdə yaşayansoydaşlarımızın ölkəmizin haqq səsinin dünyayaçatdırılması istiqamətində göstərdikləri səylərümumxalq həmrəyliyinin parlaq nümunəsi oldu. Azərbaycan xalqı bütün dünyaya nümayiş etdirdi ki, Vətən məsələsində siyasi baxışlardan, yaşdan və sosialmövqedən asılı olmayaraq hər kəs eyni amal uğrundabirləşə bilər. Bu birlik qələbəmizin mənəvidayaqlarından birinə çevrildi.

Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi altındaAzərbaycan Ordusunun əldə etdiyi uğurlar xalqımızıninamını daha da artırdı. Dövlət başçısının siyasiiradəsi, ordumuzun gücü və xalqın dəstəyi vahidməqsədə xidmət edərək tarixi nəticənin əldəolunmasını təmin etdi. Azərbaycan əsgərinin hər qarıştorpaq uğrunda apardığı mübarizə xalqımızın əzminivə Vətənə sədaqətini nümayiş etdirdi. Şuşanın azadedilməsi ilə Zəfərimizin ən mühüm mərhələsi başaçatdı və 8 Noyabr tariximizə qürur günü kimi daxiloldu.

Bu gün Zəfərimizin yaratdığı reallıqlar ölkəmizininkişafında mühüm rol oynayır. Qarabağda və ŞərqiZəngəzurda həyata keçirilən bərpa və yenidənqurmalayihələri xalqımızın gələcəyə inamını gücləndirir. Azad edilmiş torpaqlarda həyatın yenidən canlanması, insanların doğma yurdlarına qayıtması millibirliyimizin və dövlətimizin gücünün təzahürüdür. Zəfər Günü bizə bir daha xatırladır ki, birlikdəolduğumuz zaman qarşımızda heç bir maneə dayanabilməz. Bu birliyi qorumaq və gələcək nəsillərəötürmək hər bir vətəndaşın məsuliyyətidir.

Nigar Əliyeva,
YAP
Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button