Analitika

Baykal Amur Magistralının tikintisini sürətləndirən Heydər Əliyev imzası

Öz dövrünün ən nəhəng logistika layihəsi kimi ərsəyə gələn Baykal Amur Magistralı insan fədakarlığının təcəssümü idi.

Məlum olduğu kimi Baykal-Amur magistralı xeyli uzun bir tarixçəyə bağlıdır. Onun əvvəli transit dəmiryolundan keçir. Hələ sovet dönəminin birinci onilliklərində Sibir və uzaq şərq ərazilərini mənimsəmək, onun sərvətlərini istifadəsinə nail olmaq, ölkənin şərq və cənub-şərq ərazilərini hərbi strateji cəhətdən möhkəmləndirmək məqsədi, belə nəhəng bir magistralın tikilməsinə sövq edirdi.

Magistralın tikintisinə başlandığı ilk illərdə bu nəhəng tikintinin ehtiyaclarını təmin etmək üçün sovetlər ittifaqının bütün gücü səfərbər edildi. Miqyasının və əhəmiyyətinin böyüklüyünə görə, dünyanın ən böyük tikintiləri ilə müqayisə edilən Baykal-Amur magistralında 3150 kilometr dəmiryolu çəkilməsi, minlərlə körpünün stansiyaların tikilməsi, şəhər və qəsəbələrin salınması nəzərdə tutulurdu. Magistralın tikintisi həqiqi anlamda ümumittifaq xarakteri daşıyırdı. Bu tikintidə hər respublikanın özünün səviyyəsinə uyğun payı vardı. Onun boyunca salınmış şəhər və qəsəbələr sovetlər ittifaqının milli rəngarəngliyini əks etdirirdi.

Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan Baykal Amur Magistralı (BAM) Rusiyanın İrkutsk vilayəti, Zabaykalye diyarı, Amur vilayəti, Buryatiyr və Yakutiyadan keçir. Transibir magistralı ilə bərabər Rusiyanın Sakit Okean Regionuna çıxışına imkan verən bu nəhəng yol infrastrukturunun tikintisi ilə bağlı ideya hələ XIX əsrdə yaransa da, tədqiqat işlərinə 1920-ci ildən başlanılıb.

Coğrafi baxımdan ölkəmizdən xeyli uzaqlarda yerləşən bu dəmiryolu marşrutunun gerçəyə çevrilməsində, azərbaycanlıların əməyi danılmazdır. 1974-cü ildə sözügedən magistralın tikintisi ilə bağlı qərar qəbul edildikdə o zaman sovet ittifaqının tərkibində daxil olan Azərbaycandan minlərlə gənc BAM-ın tikintisinə cəlb olunmuşdu. BAM-ın reallaşdırılmasında xüsusi xidmətləri olan bir azərbaycanlı da Ulu Öndər Heydər Əliyev idi.

Layihələndirmə mütəxəssislərinin, dəmir yolu işçilərinin işlərinə görə təkcə bir deyil, onlarla şəxsin cavabdeh olduğu, lakin ən ağır yükün yalnız Heydər Əliyevin çiyinlərində olduğu xüsusilə vurğulamaq lazımdır.

Ümumilli liderin rəhbərliyi ilə BAM-ın tikintisində yol verilmiş səhvlərə və çatışmazlıqlara xüsusi diqqət yetirilirdi. Problemlərin səbəbləri ətraflı araşdırılırdı. Məxsusən bu sahədə ayrı-ayrı sahələrə cavab verən idarə və təşkilatların, o cümlədən nazirlik və komitələrin nəaliyyətinin koordinasiyasında olan boşluqların aradan qaldırılmasına önəm verilirdi. BAM-a səfəri zamanı Heydər Əliyev tikinti işləri ilə birgə insanların həyat şəraiti ilə əsaslı tanış olurdu. Mərkəzdən uzaqda yaşayan insanların güzəranları hərzaman onun diqqətində idi.

Bu günki Rusiya iqtisadiyyatına BAM-ın verdiyi töhfə kifayət qədər böyükdür.

Həmin ərazilərdə yaşayanlar və ora ayrı-ayrı dövrlərdə rəhbərlik etmiş şəxslər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərini bu gün də unutmayıblar. Belə ki, 2008-ci ildə aparılan təmir-bərpa işlərindən sonra həmin ilin iyul ayının 18-də keçirilən təntənəli mərasimdə Baykal Amur Magistralının Anqoya stansiyasındakı vağzala Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı verilib.

Yarım əsr əvvəl – elə bu günlərdə Baykal-Amur Magistral xəttinin tikintisinə başlanıldı. Bu, dünyanın ən böyük dəmir yolu arteriyalarından biridir, gələcəyin əsl yoludur.

Bu gün Baykal Amur Magistral xəttinin istismara verilməsinon 50 illik yubikeyi qeyd olunur.

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

Görüşdə Rusiya Prezidenti Vladimir Putin çıxış edib. O, bu layihənin ərsəyə gəlməsində Heydər Əliyev adının ucalığını qeyd edib. Əlavə olaraq, bu magistralın SSR xalqlarının birliyinin, nizamlı işin gücünün təcəssümü olduğunu bildirib.

Vladimer Putin bu gün BAM-da yaşayan və işləyən, qabaqcılların şanlı ənənələrini davam etdirən, bu ən mühüm dəmir yolu xəttinin yenidən qurulmasında, inkişafında və ona xidmət göstərilməsində iştirak edən hər kəsə ən səmimi sözlərimi ifadə edib.

Görüşdə Prezident İlham Əliyev çıxışında Baykal-Amur Magistralının inşasına başlanmasının 50 illiyi münasibətilə bütün inşaatçıları, mütəxəssisləri, bütün BAM-çıları təbrik edib.

Rusiya-Azərbaycan əməkdaşlığının digər sahəsi bu gün BAM-ın miqyasına və tarixi əhəmiyyətinə uyğundur. Söhbət “Şimal-Cənub” nəqliyyat dəhlizinin inkişafından gedir. Əslində, o, Şimal dənizi marşrutunu Fars körfəzi ilə birləşdirir.

Sonda məqaləni Ulu Öndər Heydər Əliyevin sözləriylə bitirmək istərdim: “1974-cü ildə BAM-ın tikintisi başlananda, 10 il möhlət vermişdilər. Mən 10 il sonra BAM-a gəldim və 10 gün qaldım. BAM-a Moskvadan Bratsk şəhərinə qədər, oradan isə dəmiryolu ilə Vladivostoka Naxodkaya qədər qatarla keçdim. Bütün stansiyalara baxdım. BAM-ın tikintisində mənim də az əməyim olmayıb”.

Demək ki, həqiqi əmək zaman aşımına məruz qalmır.

Ülviyyə Səfərova,
Xəzər rayonu, 256 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button