Bakının qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır
Son illər ölkəmizin qazandığı uğurlar cəmiyyətin bütün sahələrini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti, təşkilatçılığı və təşəbbüsü sayəsində qəbul olunan qərarlar, mühüm fərman və sərəncamlar bu uğurların başlıca təminatçısıdır. Ölkəmizin iqtisadiyyatının dinamik artımı, əhalini sosial rifahının yüksəlməsi, dövlətlərarası ikitərəfli əlaqələrin qurulması, dünyaya uğurla inteqrasiya olunması ölkə Prezidenti İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq özünü göstərir.
Prezident İlham Əliyevin cari ilin 26 aprel tarixində Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına verdiyi müsahibədə bir sıra önəmli məqamlar diqqət çəkir.Ölkə başçısı müsahibədə qarşıda bizi gözləyən COP29 barədə suallara aydınlıq gətirib.
Bakının qlobal əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi artıq ənənə halını almışdır. Bu baxımdan ölkəmizdə tədbirlərin baş tutması beynəlxalq aləmdə artan nüfuzun göstəricisidir. Bakının COP29-un tələblərinə və standartlarına da cavab verəcəyi heç kimdə şübhə doğurmayıb. Məhz ölkəmizin COP29 beynəlxalq konfransına ev sahibliyi etməsi xalqımızın növbəti uğuru olmaqla yanaşı, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmli yer tutur. Belə ki, indiyə qədər əsas etibarilə neft-qaz ixracatçısı kimi tanınan Azərbaycan, indi də özünü dünyaya yaşıl enerji ölkəsi kimi təqdim edəcək.
Ölkə başçısı müsahibə zamanı qarşıda bizi gözləyən tədbir barədə suallara aydınlıq gətirib. Azərbaycan prezidenti bir növ təminatlı təhlükəsizlik barəsində danışıb və COP29 zamanı Azərbaycanda bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaradılacağını da diqqətə çatdırmışdı. Eyni zamanda Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyir. Üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamış və qəbul edilmişdir. Azərbaycanda tədbir zamanı qlobal əhəmiyyətli məsələlər müzakirə olunacaq. Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq kimi məsələlər fərqli yanaşmalar kontekstində aktiv şəkildə müzakirə olunacaqlar.
Aparılmış müşahidələr sübut edir ki, dünyanın aparıcı dövlətlərinin mediası Azərbaycan gerçəkliklərini öyrənməyə, bilməyə və onları ictimailəşdirməyə böyük maraq göstərir.
Tünzalə Əliyeva,
YAP nizami rayon təşkilatının məsləhətçisi.