Analitika

Bacarıqlı gənclər millətin, dövlətin nurlu gələcəyidirlər

Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu modeldir: “Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. Bütün gənclərin hamisi və qayğıkeşi olan cənab İlham Əliyev çalışır ki, heç bir gənc bu diqqət və qayğıdan kənarda qalmasın, yaradılmış geniş imkanlardan, şəraitdən maksimum faydalansın. Müasir gəncliyin innovativ potensialından hərtərəfli istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Ümummilli lider həmişə gənclərimizə böyük ümidlər bəsləyirdi və dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Azərbaycan gənclərinin təşkilatlanması əsas vəzifə kimi qarşıya qoyulub. Gənclərimizin bütün sahələrdə fəallığı, uğurları daha da artıb. Bu gün Azərbaycanda uğurlu dövlət gənclər siyasəti həyata keçirilir. Bizim gənclik azad düşünür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Bütövlükdə, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü və ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm və idman sahəsində inamla irəliləyir, zəngin mədəni irsimizin qorunub saxlanması və inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar. Prezident İlham Əliyev qloballaşma əsrində dünya elminə, təhsilinə inteqrasiyanı vacib sayaraq azərbaycanlı gənclərin xaricdə təhsil almasına ciddi əhəmiyyət verir. Bunda məqsəd şübhəsiz, yeni düşüncəli, kreativ ruhlu gənclik yetişdirmək, dövlət idarəçiliyini yüksək ixtisaslı kadrlarla təmin etməkdir”. Ölkə gənclərinin beynəlxalq arenaya inteqrasiyasının vacibliyini, bu istiqamətdə görülən işlərin əhəmiyyətini yüksək qiymətləndirib, əldə olunan nailiyyətlərin respublikamızda aparılan uğurlu gənclər siyasətinin tərkib hissəsi olduğunu qeyd ediblər. Vurğulanıb ki, ölkəmizdə gənclərin inkişafı, onların fəallıqlarının artırılması, məşğulluqlarının təmin edilməsi, istedadlarının müəyyənləşdirilməsi, beynəlxalq platformaya çıxış imkanlarının və əlaqələrinin genişləndirilməsi istiqamətində ardıcıl və sistemli Dövlət proqramları həyata keçirilir. Bütün bu tədbirlər bölgələrdə yaşayan gəncləri də əhatə edir. Gənclik gözəllikdir, gücdür, ümiddir. Düzgün tərbiyə olunmuş, təhsil almış, öz biliyi, bacarığı daxilində hər hansı bir peşəyə yiyələnmiş, zəkalı, bacarıqlı gənclər millətin, dövlətin nurlu gələcəyidirlər.

Sevil Rəfiyeva,
Nizami rayon 272 saylı məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button