Siyasət

Azərbaycanla Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı saziş imzalandı

Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlirlərə görə vergidən yayınmanın qarşısının alınması ilə bağlı saziş imzalanıb.

Aktualinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi tviter hesabında paylaşım edilib.

“Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Slovakiyaya işgüzar səfəri çərçivəsində Azərbaycan və Slovakiya arasında ikiqat vergitutmanın aradan qaldırılması və gəlirlərə görə vergidən yayınmanın qarşısının alınması haqqında Saziş imzalanıb. Bu, ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcək”, – deyə paylaşımda qeyd edilib.

Oxşar Xəbərlər

Back to top button