
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkəmizin inkişaf strategiyasında yeni və mühüm mərhələnin başlandığını bir daha nümayiş etdirirdi. Dövlət başçımızın nitqi təkcə texnoloji yeniliklərin tətbiqinə aid deyil,həmçinin bütövlükdə dövlət idarəçiliyinin müasirləşdirilməsinə, şəffaflığın və həmçinkn operativliyin artırılmasına, vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlmiş sistemli mühüm yanaşmanı özündə əks etdirdi.Rəqəmsallaşma – milli inkişaf strategiyamızın əsas istiqamətidir.Prezidentimiz İlham Əliyev çıxışında vurğuladı ki, rəqəmsal transformasiya artıq seçim deyil, zərurətdir,vaciblikdir. Qlobal miqyasda sürətlə dəyişən texnoloji mühit dövlətlərin rəqabət qabiliyyətini, iqtisadi dayanıqlığını həmçinin təhlükəsizliyini birbaşa müəyyən edir. Və Bu baxımdan, Azərbaycanın yeni rəqəmsal arxitekturası dövlət qurumları arasında məlumat mübadiləsinin vahid platformada inteqrasiyasını, qərar qəbuletmə proseslərinin optimallaşdırılmasını və innovativ həllərin geniş tətbiqini özündə əks etdirir.
Dövlət başçımızın qeyd etdiyi kimi, rəqəmsallaşma yalnız texniki yenilənmə ilə deyil, həmdə idarəetmə fəlsəfəsinin dəyişməsidir. Məqsəd – çevik, şəffaf, hesabatlı və vətəndaşa xidmət edən dövlət modelini daha da gücləndirmək idi.
Bunuda nəzərinizə çatdırmaq istərdimki şəffaflıq və vətəndaş məmnunluğu prioritet kimi qiymətləndirilir.Müşavirədə səsləndirilən əsas tezislərdən biri dövlət xidmətlərinin tam rəqəmsal müstəviyə keçirilməsi və insan amilinin minimuma endirilməsi idi.Dövlətimizin bu yanaşması korrupsiya risklərinin azaldılmasına, bürokratik əngəllərin aradan qaldırılmasına və xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir.
Son illər elektron hökumət platformalarının genişlənməsi, “bir pəncərə” prinsipi əsasında xidmətlərin təşkili, innovativ texnologiyaların tətbiqi Azərbaycanımızı regionda qabaqcıl mövqeyə çıxarıb. Yeni rəqəmsal arxitektura isə bu uğurları daha da möhkəmləndirəcək, dövlət-vətəndaş münasibətlərini yeni keyfiyyət mərhələsinə daşıyacaqdır.Bu sahədə əsas məsələlərdən biri də məlumat təhlükəsizliyi və milli maraqlardır.Prezidentimiz İlham Əliyev rəqəmsal transformasiyanın milli təhlükəsizlik aspektinə də xüsusi diqqət yetirdi. Qeyd olundu ki, məlumatların qorunması, kibertəhlükəsizliyin gücləndirilməsi və yerli texnoloji həllərin təşviqi dövlət siyasətinin ayrılmaz tərkib hissəsidir. Rəqəmsal suverenliyin təmin olunması müasir dövrdə dövlət müstəqilliyinin mühüm elementlərindən biridir.
Bu baxımdan, yerli mütəxəssislərin hazırlanması, innovasiya ekosisteminin inkişafı və həmçinin startapların dəstəklənməsi prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan regionun texnoloji mərkəzlərindən birinə çevrilmək istiqamətində inamla irəliləyir.
Rəqəmsal iqtisadiyyat və dayanıqlı inkişafımız da həmçinin regionda öz sözünü deməkdədir.Beləki “Azərbaycanın yeni rəqəmsal arxitekturası” yalnız dövlət idarəçiliyini deyil, iqtisadiyyatın bütün sahələrini əhatə edir. Sənaye, kənd təsərrüfatı, nəqliyyat, logistika və xidmət sektorlarında rəqəmsal həllərin tətbiqi məhsuldarlığın artmasına, resurslardan səmərəli istifadəyə və yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Xüsusilə postmünaqişə dövründə azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının həyata keçirilməsi Azərbaycanımızın rəqəmsal inkişaf strategiyasının real təzahürüdür. Bu yanaşma innovativ texnologiyaların tətbiqi ilə yanaşı, sosial rifahın yüksəldilməsinə və müasir infrastrukturun qurulmasına xidmət edir. Güclü siyasi iradə və sistemli yanaşma ölkəmizi sürətli inkişafının təzahürüdür.
Prezidentimiz İlham Əliyevin müşavirədəki çıxışı bir daha göstərdi ki, Azərbaycanda rəqəmsal transformasiya təsadüfi və fragmentar deyil, vahid strateji baxışa əsaslanır. Dövlət başçımızın prinsipial mövqeyi, dəqiq tapşırıqları və nəzarət mexanizmləri bu sahədə nəticəyönümlü idarəetməni təmin edir.
Yeni rəqəmsal arxitektura Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm dayağı kimi çıxış edir. Bu təşəbbüs ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin möhkəmlənməsinə, investisiya cəlbediciliyinin artmasına və milli maraqların qorunmasına xidmət edir.Və nəticə olaraq Prezidentimiz İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədəki çıxışı dövlət idarəçiliyində yeni mərhələnin anonsudur.Bu mərhələ innovasiya, şəffaflıq, təhlükəsizlik və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanır.Azərbaycan güclü siyasi iradə və strateji baxış sayəsində rəqəmsal transformasiyanı milli inkişafın əsas sütunlarından birinə çevirir. Yeni rəqəmsal arxitektura isə ölkəmizin gələcəyinə hesablanmış, davamlı və dayanıqlı inkişafın etibarlı təminatıdır.Bu dayanaqlı inkişafın davamlı olması üçün vətəndaş borcumuz olaraq Prezidentimiz İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməliyik.




