Analitika

Azərbaycanın xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabər hüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır

Azərbaycan Rusiya Federasiyası üçün doğrudan da şəffaf, məsuliyyətli, etibarlı tərəfdaşdır, digər məsələlərlə yanaşı, nəqliyyat və iqtisadi əlaqələrin inkişafı baxımından da vacibdir. Rəsmi Bakının siyasi iradəsi, təşəbbüskarlığı, ölkəmizin iqtisadi gücü təkcə Azərbaycan üçün yox, bütün region üçün tənzimləyici və lokomotiv funksiyasını yerinə yetirir. Bu mənada, Azərbaycanın istər bölgə daxilində, istərsə də beynəlxalq miqyasda əməkdaşlıq əlaqələri, həyata keçirdiyi və ya dəstək verdiyi layihələr əsas stimulyatordur. Azərbaycanın xarici siyasət kursunda Rusiya ilə qarşılıqlı faydalı və bərabərhüquqlu münasibətlər böyük əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun tərəqqisi, həmçinin bölgədə sülhün və təhlükəsizliyin təmin olunması baxımından önəm daşıyır. Öz növbəsində, Rusiya da Azərbaycanla çoxşaxəli əməkdaşlığı öz milli maraqlarına müvafiq hesab edir və tərəfdaşlığın genişləndirilməsi niyyətində olduğunu bildirir. Bütövlükdə, Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur. Zəngin tarixi keçmişə söykənən Azərbaycan-Rusiya münasibətləri müasir dövrdə regional və beynəlxalq əməkdaşlıq, təhlükəsizlik kontekstində mühüm əhəmiyyət daşıyır. Ümumiyyətlə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı çoxşaxəli münasibətlər və sıx təmaslar müasir beynəlxalq münasibətlər sisteminin mühüm komponentlərindən birini təşkil edir. Dərin təməllərə və tarixi köklərə söykənən, ikitərəfli və çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətləri dinamik xarakter daşıyır.  Bütövlükdə, Prezident İlham Əliyevin Rusiyaya səfəri və Prezident Vladimir Putinlə görüşü iki ölkə arasında bütün sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin, strateji tərəfdaşlıq münasibətlərinin daha da dərinləşməsinə mühüm töhfələr verib.

Rəna Süleymanlı,
YAP-gənc fəalı

Oxşar Xəbərlər

Back to top button