Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı növbəti uğurumuzdur
Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir. Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Pandemiyanın görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu.
Azərbaycanın sədrliyi altında Qoşulmama Hərəkatı dünya ictimaiyyətini pandemiya ilə mübarizədə səfərbər etdi. Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də QH-nin təsisatlanması məsələsidir. Azərbaycan Qoşulmama Hərəkatının institusional inkişafına güclü dəstək verir. Dövlət başçısı qeyd edib ki, Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat kimi beynəlxalq arenada daha nəzərəçarpan və səmərəli rol oynamalı, yeni dünya düzəninin yenidən formalaşmasında fəal iştirak etməlidir.
Qoşulmama Hərəkatının sədri kimi prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin mayında hərəkatın COVID-19 ilə mübarizəyə həsr edilən onlayn sammiti keçirildi. Bu sammitdə prezident İlham Əliyev BMT Baş Assambleyasının pandemiya ilə mübarizəyə həsr edilən xüsusi sessiyasının keçirilməsini təklif etdi. Bu təklif dünya ictimaiyyəti tərəfindən dəstəkləndi və 2020-ci ilin dekabrında xüsusi sessiya uğurla baş tutdu. Bu xüsusi sessiya pandemiya ilə mübarizə sahəsində ən qlobal tədbir hesab olunur.
Eyni zamanda, azad edilən bütün rayonların əraziləri minalardan və partlamamış mərmilərdən təmizlənir, məntəqələr elektrik enerjisi ilə təchiz olunur, əhəmiyyətli yol-nəqliyyat xətləri, içməli su, sanitar qovşağı və irriqasiya sistemləri bərpa edilir, ev-mənzil yaşayış sahələri yaradılır, hava limanları tikilir. Bu sahələrə yönəldilən sərmayələr bölgədə artıq sosial və iqtisadi canlanmaya səbəb olmaqdadır. Beləliklə, Azərbaycan olduqca mühüm addımlar atır. Bu isə bir çox parametrlır baxımından vacib əhəmiyyət kəsb edir. QH üzv dövlətlərin QH-nin Bakı Zirvə Görüşünün yekun sənədinin 662-ci bəndinə istinad edərək, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri əsasında həllinə dair dəstəklərini bir daha ifadə etmişdir.
Son 30 ildə BMT-nin dünyada yaranmış yeni reallıqlara uyğun olaraq islahatlara uğramaq zərurəti haqqında nə qədər çox danışılsa da əməli addımlar atılmır, BMT və ATƏT kimi vacib qurumların baş verənlərə təsir imkanları getdikcə sıfıra yaxınlaşır. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir.
Bəkirli Mürsəl,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının gənc fəalı