Azərbaycanın idman uğurları – bir ildə beynəlxalq yarışlarda 837 medal qazanılıb
2022-ci ildə bütün sahələrdə olduğu kim idman sahəsində də yüksək nailliyyətlər əldə olunub.
İdman sahəsində əldə edilən uğurlar, yüksək nəticələr haqqında 2023-cü ilin yanvarın 9-da Milli Olimpiya Komitəsində keçirilən tədbirdə ətraflı toxunulub. İlin idman yekunları ilə bağlı keçirilən tədbirdə Prezident İlham Əliyev də iştirak edib.
Qeyd edək ki, ötən il beynəlxalq yarışların sayı pandemiyadan əvvəlki dövrlə müqayisədə az idi. Buna baxmayaraq 2023-cü il ərzində Azərbaycan idmançıları təkcə rəsmi, nüfuzlu beynəlxalq yarışlardan 837 medal qazanıblar. Bu medallardan 300-ə yaxını qızıl medaldır.
Dünya, Avropa çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil ediblər. Xüsusilə V İslam Həmrəyliyi Oyunlarındanəticələr yaxşı olub. Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülüb.
Azərbaycanda idmanın inkişafı ardıcıl xarakter daşıyır. Yeni-yeni idmançılar yetişir və sadəcə ölkəmizdə populyar olan ənənəvi idman növlərində yox, həm də fərqli idman növləri üzrə də uğurlarımız olur. Bu fakt təsdiq edir ki, Azərbaycan idmanının gələcəkdə daha yaxşı nəticələrin əldə edilməsi üçün imkanlar genişlənir.
Gənc idmançıların hazırlanmasına xüsusi önəm verilir. Bu iş mütəşəkkil qaydada təmin edilir. Son vaxtlar bu sahədə daha məqsədyönlü fəaliyyət də göz önündədir, xüsusilə seleksiya işləri təkmilləşir.
Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacağına dair inam güclüdür.
Azərbaycanda idmanın inkişafında kütləvi tədbirlərin, yarışlar böyük önəmi var. Respublikanın elə bir regionu, şəhər və rayonu yoxdur ki, burada yerli və ölkə əhəmiyyətli yarışlar keçirilməsin. Bu siyasət həm idman uğurlarımızı artırır, həm də uşaqların, yeniyetmələrin idmana cəlbini asanlaşdırır.
Artıq azad edilən ərazilərdə də idman yarışları keçirilir. Ötən bu ərazilərdə il bir neçə beynəlxalq idman yarışı keçirilmişdir. Prezident İlham Əliyev ötən ilin idman yekunları ilə bağlı tədbirdə qeyd edib ki, azad edilən ərazilərdə yarışların keçirilməsinin çox böyük tarixi əhəmiyyəti var: “Azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Azad edilmiş şəhərlərin hər birində idman qurğularının yaradılması nəzərdə tutulur. Bütün şəhərlərin Baş planları təsdiq edilib. Bütün bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulur. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir.
Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Ancaq qərar qəbul olundu ki, bunun əzəli yerində – Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksi yaradılsın. Artıq işlərə start verilmişdir”.
Cənab Prezidentin tədbirdə söylədiyi kimi, idman sadəcə fiziki gücü formalaşdırmır. O, həm də insanları mənəvi cəhətdən də sağlamlaşdırır, pis vərdişlərdən uzaqlaşdırır. Dövlət başçısı söyləyib ki, Azərbaycanın görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnəkdirlər,onlar həyatda, cəmiyyətdə, məişətdə də özlərini ləyaqətlə aparırlar və idman arenalarında qazanılmış uğurları adi həyatda da öz hərəkətləri ilə təsdiqləyirlər.
Azərbaycanda idmana, idmançılara diqqət və qayğı yüksək səviyyədə olub. İdmançılar həm mənəvi baxımdan, həm də maddi cəhətdən daim mükafatlandırılıb, onlara böyük hörmət bəslənib. Bu münasibət yüksək nəticələrin əldə edilməsində mühüm rola malik olub.
Ölkəmizdə idman ictimai həyatının önəmli hissəsidir. Dövlətimiz idmana, idmançılara böyük önəm verir. Azərbaycan idmana diqqəti artırmaqla sağlam həyat tərzini təbliğ edir, insanları neqativ proseslərdən kənarlaşdırır.
İndi Azərbaycanda idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılıb, bu proses davam etdirilir.
2023-cü ildə də ölkəmizin idman yarışlarında böyüknəticələr əldə edəcəyinə dair ümidlər böyükdür. Bu il ölkəmizdə həm dünya, həm Avropa çempionatları keçiriləcək. Bundan başqa Olimpiya Oyunlarının təsnifat turnirlərinin keçirilməsi də gözlənilir. Azərbaycan həm də Yay Olimpiya Oyunlarına hazırlığın son mərhələsindədir. Bütün idman ictimaiyyətini, nazirlik, Milli Olimpiya Komitəsini, federasiyaları, klubları, idman cəmiyyətləri Yay Olimpiya Oyunlarında öz gücünü təsdiqləmək üçün hazırlıqlarını artıracaqlar.
Ölkəmizdə idamanın inkişafında dövlət siyasətinin müstəsna əhəmiyyəti var. Buna görə də Azərbaycan dövlətinin idman idarə edilməsi sahəsində islahatlar aparır. Ötən il dövlətimizin başçısı Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, nazirliyin strukturunda 13 regional gənclər və idman idarəsi yaradılacaq. Regional idarəçilik metodu tərcübədə özünü doğruldub və yeni struktur bölgələrdə həm idman, həm də gənclər siyasətində işin effektivliyinə müsbət təsir edəcək.
İdman sahəsində daha bir yenilik avarçəkmə ənənələrinin Bakıda, Xəzər dənizində bərpasıdı.Bir vaxtlar Bakı buxtasında məşhur olmuş bu idman növü paytaxtda yenidən inkişaf edəcək.
Digər bir yenilik isə yeni idman növü olan padel üçün ilk kortun Bakı Su İdmanı Sarayının nəzdində istifadəyə verilməsi oldu. Son zamanlar dünyada populyarlıq qazanmış və maraqla oynanılan bu idman növünün ölkəmizdə də geniş yayılacaq.
Qasımova Rüxsarə,
Xəzər rayonu, E.Şəmiyev adına 149 nömrəli tam orta məktəbin müəllimi