Analitika

Azərbaycanın idman sahəsində atdığı uğurlu addımlar bariz nümunədir

İdman hər bir ölkənin ictimai həyatının önəmli bir hissəsidir. Bu baxımdan haqlı olaraq bir  sıra ölkələr bunu prioritet sayır. Azərbaycanda da idman xüsusi əhəmiyyət kəsb edir.  

Vaxtı ilə Ulu Öndər Heydər Əliyev Azərbaycanda idmanın inkişafında əvəzsiz xidmətləri olmuşdur. O, idmançıların cəmiyyət həyatındakı rolunun artması, özlərinə layiqli yer tutmaları üçün əlindən gələni əsirgəməmişdir. Dövlətin idman siyasətinin həyata keçirilməsi istiqamətində institutsional müxanizmin yaradılması çox mühüm idi.

Azərbaycanda idman siyasətinin düzgün qurulduğunu bu sahədə qazanılmış uğurlu nəticələr təsdiqləyir. Bir vaxtlar maddi çətinliklər üzündən respublikamızı tərk etmiş çoxlu sayda idmançı gənc geri qayıdaraq respublikamızın idman şərəfini uca tutur, üçrəngli bayrağımızı göylərə qaldırır. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında uğurlu nəticələr göstərirlər. Dövlət başçısı İlham Əliyevin bu yarışları izləməsi, idmançılarımıza mənəvi və maddi dəstək verməsi, onları ruhlandırması da vacib məqam kimi vurğulanmalıdır.

Bu gün uğurlu idman siyasətinin nəticəsi olaraq Azərbaycan həm də dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Azərbaycanın qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq idman təşkilatlarının diqqətindən yayınmamış, məhz onların istəyi ilə son illərdə ölkəmizdə saysız-hesabsız mötəbər beynəlxalq turnirlər, dünya və Avropa çempionatları keçirilmişdir. Sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır. Biz bu gün böyük iftixar hissi keçiririk ki, Azərbaycan bir müstəqil dövlət kimi dünya birliyinin bərabərhüquqlu üzvü kim, idman dövləti kimi özünü təsdiqləyib. Ölkəmizin dünya arenasında mövqeyi ildən-ilə möhkəmlənir.

Cənab Prezidentin qeyd etdiyi kimi: “İdmana, idmançılara diqqət olan yerdə, qayğı olan yerdə, hörmət olan yerdə, nəticələr də olacaq” Bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar yaradılır və var. Bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır və bu proses davam etdirilir. Bakı şəhərində ən mötəbər idman yarışları təşkil olunur. Və bu  proses davam edəcəkdir. Xüsusi ilə, azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilməsi qürur vericidir. Bunun çox böyük tarixi əhəmiyyəti var. Azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır. Cənab Prezidentin əmirlərinə əsasən bütün şəhərlərin Baş planları təsdiq edilib, bərpa-quruculuq işləri Baş planlar əsasında aparılacaq və idman obyektlərinin yaradılması nəzərdə tutulub. Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Bildiyimiz kimi keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyuldu. Qarabağ Atçılıq Kompleksi işğal dövründə Ağcabədi rayonunda yaradılmışdır. Hazırda Eyvazxanbəyli kəndində çox gözəl, müasir atçılıq kompleksinin  tikinti  işləri başlanılmışıdr. Azərbaycanda sabitlik, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, genişmiqyaslı quruculuq işləri aparılır. Bu dövlət başçısının apardığı ardıcıl siyasətin nəticəsidir.

Tarixi Zəfərimiz hər bir azərbaycanlı üçün, hər bir vətəndaş üçün, bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İkinci Qarabağ müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclər idi. Vətənin dar günündə vətən harayına yollanan övladlarımız cavan ömürlərini qurban verən oğullarımızın hər biri yeni nəsillər üçün qiymətli örnəkdir.

Şəbnəm İsmayılova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button