Analitika

Azərbaycanın enerji potensialı yaxın gələcəkdə ticarət tərəfdaşlarımzın  sayını daha da artıracaq

13 mart tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri zamanı Berlində Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü keçirilib.  Enerji sektorunun ölkəmiz üçün prioritet olduğunu önə çəkən ölkə Prezidenti bildirdi ki,  bu gün  enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır. Digər sahələrdə olduğu kimi, enerji sektorunda da işlər planlı şəkildə həyata keçirilir. Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Ölkə Prezidenti çıxışlarında daim bildirir ki,  bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində   hamımız tərəfdaşlarımızla  iştirak edəcəyik.   Enerji sektorunun ölkəmiz üçün prioritet olduğunu önə çəkən ölkə Prezidenti bildirdi ki,  bu gün  enerji imkanımız bir çox ölkələr üçün də böyük önəm daşıyır.

Digər sahələrdə olduğu kimi, enerji sektorunda da işlər planlı şəkildə həyata keçirilir. Enerji təhlükəsizliyi əslində hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Ölkə Prezidenti çıxışlarında daim bildirir ki, bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində   hamımız tərəfdaşlarımızla iştirak edəcəyik. Neft-qaz layihələrimiz, kəmərlərimiz Azərbaycanı  dünya miqyasında  çox önəmli  enerji hasilatçısı  kimi ciddi ölkəyə çevirib.   Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolunun hansı səviyyədə olmasına, eyni zamanda, «Əsrin müqaviləsi»ndən ötən dövr ərzində  uğurlarımıza və Cənub Qaz Dəhlizinin əhəmiyyətinə işıq salan çox sayda fikirləri qeyd edə bilərik. Ümumi rəy bundan ibarətdir ki, Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyası daha böyük uğurlara stimul verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında imzalanan sənəd Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli və etibarlı tərəfdaş kimi seçilməsinin göstəricisi sayılır.  İşğaldan azad olunmuş ərazilərin ölkə başçısı tərəfindən enerji zonası elan edilməsi partnyor şirkətlərin bu işə marağını artırıb. Azərbaycanın enerji investisiyalarında mühüm payı olan BP-nin artıq Cəbrayılda 230 meqavatlıq yeni günəş enerji stansiyasının tikilməsi haqqında qərarı bu sahəyə öz töhfəsini verəcək. Zəngəzur dəhlizi vasitəsilə ötürülməsi nəzərdə tutulan enerji xətti üçün artıq Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. 

Təbii ki, Azərbaycanın enerji potensialı və ölkə Prezidentinin bu sahədə həyata keçirdiyi siyasət ən yüksək səviyyədə təqdir olunur.  Beləliklə, Şərqlə Qərb arasında logistik enerji əlaqələrini möhkəmləndirən Azərbaycan  ümumilikdə dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu artıracaq. Bu isə ölkəmizin nüfuzunun, eləcə də beynəlxalq əlaqələrdəki rolunun əhəmiyyətini daha da gücləndirəcək.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button