AnalitikaGündəm

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına təsir edən mühüm amillərdən biri onun enerji sektorundakı roludur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü ilin 18 iyul tarixində Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində “Enerji və bağlantı” mövzusunda çıxışı, Azərbaycanın beynəlxalq enerji siyasətindəki mövqeyini və bu sahədəki strateji əhəmiyyətini bir daha vurğuladı. Bu çıxışda Prezident  İlham Əliyev, Azərbaycanın enerji sektorunda əldə etdiyi nailiyyətlər, Avropa ilə enerji əməkdaşlığı və gələcək perspektivlər barədə mühüm məsələlərə toxundu. Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır.

Azərbaycanın beynəlxalq nüfuzunun artmasına təsir edən mühüm amillərdən biri onun enerji sektorundakı roludur. Avropa Komissiyasının Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümumi Avropa qaz təchizatçısı adlandırması bu rolu daha da vurğulayır.

Bu gün Azərbaycan mühüm enerji layihələrinin həyata keçirilməsində liderliyi və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolu böyükdür. Xüsusilə də, regionda yaranan yeni vəziyyət Avropa ölkələrinin Azərbaycanla əməkdaşlığın istiqamətlərini artıracağı da istisna edilmir. Çünki hazırki situasiyaya uyğun olaraq Avropa İttifaqı öz enerji resursları mənbələrinin şaxələndirilməsini və yanacaq məhsullarında Rusiyadan asılılığına son qoymaq istəyir. Buna görə də, Avropa İttifaqına enerji ixrac edən alternativ ölkələrlə, o cümlədən təbii qaz sahəsində Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə böyük maraq var.

Həsənova Səbinə,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button