Analitika

Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı rolunu oynayır

Bu gün dünya dövlətlərinin bir çoxunda enerji təhlükəsizliyi ilə bağlı problemlərin yaşandığı vaxtda Azərbaycanın Avropanın etibarlı enerji təchizatçısı rolunu oynaması vaxtında verilmiş bu cür strateji qərarların, atılmış məqsədyönlü addımların nəticəsidir.

Postmodernizm dövrünün əsas tələblərindən biri də dövlətlərin enerji təhlükəsizliyi məsələdir. Dövləti siyasətində bu məsələ xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bu istiqamətdə atılan addımlar Azərbaycana daha güclü gələcək vədd edir. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Dünya dəyişib, enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artmaqdadır. Bu səbəbdəndir ki, yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması ən önəmli məsələlərdəndir

Prezident İlham Əliyevin fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVT gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində bu məqamı diqqətə çatdırdı ki, stansiyanı xarici tərəfdaşlarla birlikdə inşa edəcəyik. Təməlqoyma mərasimində İtalyanın şirkətləri və naziri iştirak edib. Eyni zamanda Çinin bir şirkəti bu stansiyanın tikintisində iştirak edəcəkdir. Yəni bu işlər xarici əməkdaşlıq çərçivəsində görüləcəkdir. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı səsləndirir ki, ölkəmizdə enerji istehsalının artırılması hər zaman diqqət mərkəzindədir.

Sahil Əliyev,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button