Analitika

Azərbaycanın Avropa üçün iqtisadi önəmi getdikcə artmaqdadır

Davos İqtisadi Forumu dünyanın əksər ölkələrindən dövlət və hökumət başçılarının, eləcə də transmilli şirkət rəhbərlərinin iştirak etdiyi maraqlı və çox faydalı bir qlobal ünsiyyət platformasıdır. Qloballaşma prosesləri fonunda Davos İqtisadi Forumunun əhəmiyyəti də ildən-ilə genişlənməkdədir.

Davos Forumunda iştirak Azərbaycanın özünün inkişaf xəttini daima dəqiqləşdirməyə böyük imkan verir. Forumun özəlliyi ondan ibarətdir ki, burada dövlət başçıları ilə yanaşı, dünyanın aparıcı şirkətlərinin nümayəndələri iştirak edirlər. Həm iqtisad, həm siyasi məsələlər qeyri-formal şəraitdə müzakirə edilir, aktual məsələlərə münasibət bildirilir və ümumən götürdükdə hər bir dövlət öz potensialını Davos ölçüləri ilə qiymətləndirə bilir.

Qeyd edək ki, cənab Prezident İlham Əliyev 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak etmişdir. Dövlət başçıları hökumət rəhbərləri ilə görüşərək, onlarla ikitərəfli münasibətləri müzakirə edilib. Bu görüşlərdə ölkəmizə böyük marağın olduğu görünür. Cənab Prezidentin beynəlxalq münasibəti böyük maraq doğurur.

Məhz, Davos Forumunda iştirak Azərbaycanın özünün inkişaf xəttini daima dəqiqləşdirməyə böyük imkan verir. Bundan əlavə, Davosla bağlı xarici mətbuatda verilən informasiyalarda ölkəmizlə bağlı məlumatların həcmi ildən-ilə artır. Davos Forumu Azərbaycana dünyanın ayrılmaz bir hissəsi olmağa, təcridən inkişaf etmiş ölkələr klubuna daxil olmağa imkan verir”.

2022-ci ildə dünyanın enerji sistemində Azərbaycanın roluna baxsaq, Avropanın dayanıqlı və etibarlı enerji təchizatında ölkəmizin mövqeyi daha da yüksəlib. Avropa liderlərinin özlərinin də qeyd etdiyi kimi, Azərbaycanın Avropa üçün və ümumən dünya üçün iqtisadi önəmi getdikcə artır. Müzəffər Ali Baş Komandan, etibarlı iqtisadi tərəfdaş kimi Prezidentimizin Davos Forumunda iştirakı Qarabağ ilə bağlı postmüharibə dövründəki həqiqətləri, obyektiv yanaşmanı dünya ictimaiyyətinə çatdırmaq baxımından da unikal bir platformadır.

Hazırda Azərbaycan qurucu, inkişaf mahiyyətli bir siyasət həyata keçirib. Daim yeni iqtisadi əlaqələrin qurulmasına, yerləşdiyi regionun inkişafına təkan verən layihələrin təməlini qoyub, iqtisadi inkişafı hədəf seçib. Ermənistan 30 illik işğal dövründə Qarabağda ancaq talançılıqla məşğul olduğu halda, Azərbaycan işğaldan azad etdiyi ötən iki ildə böyük quruculuq işləri həyata keçirib, Qarabağa investisiyalar yatırılır, vətəndaşlarımızın öz doğma yurdlarına böyük qayıdışını təmin etmək üçün ən yaxşı infrastruktur yaradılır.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button