AnalitikaGündəm

Azərbaycanda iqtisadi inkişafın əsas istiqamətləri

Bu gün ölkə iqtisadiyyatını inkişafı istiqamətində atılmış addımlar öz bəhrəsini verməkdədir. İqtisadi inkişafın artımı gözlənilən səviyyəni üstələyir. İqtisadiyyatın inkişaf tempi bir çox inkişaf etmiş ölkələri qabaqlayır.İqtisadi inkişaf  4,3 faiz təşkil edir. Ölkənin iqtisadi inkişafının əsas göstəriciləri-əhalinin həyat səviyyəsi, iqtisadiyyatın rəqabət qabiliyyəti, ölkənin ümumi daxili məhsulu, ümumi milli məhsulu, adambaşına insan kapitalı və iqtisadi azadlıq indeksidir. İqtisadi inkişaf həm də ictimai əlaqələrin inkişafını nəzərdə tutur və buna görə tarixən formalaşmış texnoloji və maddı nemətlərin bölgüsünün müxtəlif sistemlərində bir-birindən fərqlənir.

İqtisadiyyatı əsasən neft-qaz sənayesinə əsaslanan yeni müstəqil ölkə üçün iqtisadiyyat nəhəngləri dünyasında yer almaq çətin işdir. Neft-qaz sektoru iqtisadiyyatın digər sahələrinin inkişafına da təkan verir. Düşünülmüş iqtisadi siyasət nəticəsində makroitisadi sabitliyə nail olundu  və davamlı iqtisadi artımının əsası qoyuldu, iqtisadiyyatın bütün sahələrində islahatlara başlandı, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı.

Davamlı və dinamik inkişaf məntiqinə əsaslanan bu siyasətin həyata keçirilməsi nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilmiş, bu dövrdə makroiqtisadi sabitlik qorub saxlanılmış, qeyri-neft sahələrinin inkişafı ön planda olmuşdur. Həmçinin qeyri-neft sektorunun inkişafında müsbət tendensiya mövcuddur. Qeyri-neft sektoru 7 faiz artmışdır. Xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı azalmışdır.Neft hasilatının sabitliyinin təmin edilməsi ən mühüm məsələlərdəndir. Neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın.Son aylar ərzində  bu istiqamətdə daha böyük işlər aparılır.

Xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb olunması üçün bir çox layihələr həyata keçirilir. Ölkəmizdə hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyünün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan inamını artırır.

Nəcəfova Şəlalə,
Xəzər rayonu,
E.Əliyev adına 234 nömrəli məktəbin tarix müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button