Analitika

Azərbaycanda Elektroenergetika sektorunun inkişafı

Energetika çox ümumi anlayışdır. Cəmiyyət həmişə onun üzərində dayanır və inkişaf edir. Elektrik enerjisinin cəmiyyətə verdiyi inkişaf tərzi, onun asanlıqla istənilən məsafələrə nəql edilməsi, tətbiqinin universallığı, intensiv inkişafı və genişlənməsi ilə bağlıdır. Elektrik enerjisinin tətbiqində avtomatlaşmanın asan və geniş tətbiqi də onu əvəzsiz edir.

Hər ölkənin energetika sahəsi onun iqtisadiyyatının əsasını təşkil edir. Elektrik stansiyaıarının enerji hasilatının çox payı İstilik elektrik stansiyalarına aiddir. İstilik elektrik stansiyası (İES)-üzvi yanacağın enerjisini elektrik enerjisinə çevirən elektrik stansiyasıdır. Bu stansiyalar elektrik enerjisi və bəzən həm də iatilik enerjisi istehsal edən sənaye müəssisəsidir. Ölkəmizdə elektroenergetika sektorunun inkişafı ötən dövrlərdə olduğu kimi bu gün də dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsi olaraq qalmaqdadır. Ulu Öndər Heydər Əliyev bu əsasları əvvəlcədən görərək dövlətin milli təhlükəsizliyinin mühüm kompenenti hesab olunan güclü enerji sistemini yaratmışdır. Azərbaycanda hazırda elektroenergetika sahəsində başlıca şəhər kimi Mingəçeviri göstərə bilərik. Azərbaycan İstilik Elektrik Stansiyası Mingəçevirdə, hər biri 300 MVt gücündə olan 8 aqreqatdan ibarət olan istilik elektrik stansiyasıdır. Stansiyanın tikintisinə 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmışdır.

İstilik Elektrik Stansiyasının birinci enerji bloku 1981-ci ilin oktyabrın 20-də, sonuncu, yəni 8-ci bloku isə 1990-cı ildə istismara verilmişdir. Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində ölkəni elektrik enerjisi ilə təmin olunmasında Mingeçevir Elektrik Stansiyasının əvəzedilməz rolu olmuşdur. Belə ki, müstəqilliyimizin ən ağır ilk illərində ölkəmizin nəinki enerji potensialını, eyni zamanda sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Mingəçevir Elektrik Stansiyasının iş mexanizmi daim diqqət mərkəzində olmuşdur. 2018-ci ildə stansiyanın yenidən qurulma prosesi başlanmışdır. Qısa müddət ərzində 8 blok tamamilə yenidən qurulmuş və istifadəyə verilmişdir. 2020-ci ildə stansiya yenidən öz əzəli gücü ilə işləməyə başlamışvə 2400 meqavat generasiya gücünə malik olmuşdur.

Mingəçevir İstilik Elektrik Stansiyasının Azərbaycan üçün nə qədər böyük önəm kəsb etdiyi44 Günlük müharibə dönəmində bir daha öz təsdiqi tapdı. Belə ki, döyüş meydanında məğlub olan Ermənistan Azərbaycanın mülki obyektlərini də atəşə tuturdu. O cümlədən Mingəçevir Elektrik Stansiyası da düşmən tərəfindən uzaqmənzilli raketlərlə atəşə tutulmuşdur. Lakin bu raketlərin bir çoxu Azərbaycan hava hücumuna qarşı müdafiə sistemləri tərəfindən məhv edilmişdir. Ermənistan tərəfindən Mingəçevir şəhərindəki su anbarının və elektrik stansiyasının hədəf alınması çoxsaylı insan tələfatının, enerji kəsintisinin və ciddi ekoloji fəsadların yaranmasına nail olmaq məqsədi daşıyırdı. Amma onlar bu mənfur planlarını reallaşdırmağa müvəffəq olmadılar.

Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı sərəncama uyğun olaraq, Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası sayılan Mingəçevirdəki “Azərbaycan” İES-in ərazisində əlavə 1280 meqavat istehsal gücündə yeni elektrik stansiyası yaradılır. Yeni elektrik stansiyası 2025-ci ildə istismara verilməsi nəzərdə tutulur və bu stansiyas “Azərbaycan” İES-in heç bir infrastrukturu olmadan müstəqil istismar edilə biləcək. Bu çox əlamətdar hadisədir. Belə ki, stansiya ölkəmizin enerji potensialını böyük dərəcədə gücləndirəcək, Mingəçevirin azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Yeni stansiyanın tikilməsi ölkənin enerji dayanıqlığının təmin olunması, əlavə generasiya güclərinin yaradılması, yüksələn enerji tələbatının qarşılanması, ixrac imkanlarının artırılması, ətraf mühitin qorunması, elektrik enerjisi istehsalında qaza qənaət edilməsi, yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyətə malikdir. Həmçinin stansiyanın Mingəçevirdə qurulması bu şəhərin əlavə iş yerlərinin yaradılması ilə sosial-iqtisadi inkişafında da mühüm rol oynayacaq. Q eyd etmək lazımdır ki 1280 meqavat gücündə elektrik stansiyası müstəqillik dövründə tikiləcək ən böyük istilik elektrik stansiyası olacaq.

Balayeva Fidan,
Xəzər rayonu, 322№ tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button