Azərbaycan xaricdədə öz sözünü deməyi bacarır
Azərbaycanın xarici siyasəti çox aydındır. Biz heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmırıq. Biz bütün qonşularımızla sülh münasibəti istəyirik.
Azərbaycan qədim tarixə,mədəniyyətə,ənənələrə malik olan ölkədir.Eyni zamanda, biz müasir, dünyaya açıq, sülhsevər, daim əməkdaşlıq və inkişaf naminə çıxış edən ölkəyik. Azərbaycan çoxkonfessiyalı ölkədir. Əsrlərboyu Azərbaycan torpağında müxtəlif dinlərin və millətlərin nümayəndələri dostluq və sülh şəraitində yaşayıblar. Bu tolerantlıq və multikulturalizm ənənələri bu gün də Azərbaycan dövlətinin siyasətində öz əksini tapır və hər bir Azərbaycanlının qəlbində yaşayır.
Bu gün Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır. Azərbaycan xalqı istiqanlı və səxavətlidir. Biz zəngin tarixə və mədəniyyətə, güclü harmoniya, birgəyaşayış və tolerantlıq ruhuna malik olan, dinamik inkişaf edən və gələcəyə inamla baxan bu gözəl ölkədə olmaqdan xoşbəxtik.
Bu gün ölkəmizdə həyata keçirilən uğurlu siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Azərbaycan xarici siyasətdə dostluq və qarşılıqlı etimad prinsiplərinə söykənir.
Eyni zamanda biz həmişə öz ləyaqətimizi, öz müstəqilliyimizi, həyat tərzimizi, müdafiə edəcəyik və heç bir xarici aktora öz standartlarını və iradəsini hökumətimizə və xalqımıza tətbiq etməyə imkan verməyəcəyik.
Sultanzadə Gülər,
Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş Idarəsinin əməkdaşı, YAP-çı, MnSK-nın üzvü.