Analitika

Azərbaycan xalqı qalibdir

Dövlətimizin şanlı qələbəsilə başa çatan 44 günlük qəhrəmanlıq savaşımız hər bir Azərbaycan vətəndaşının  qürur mənbəyidir.  Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yenilməz ordumuz xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu! Xalqımız öz ata-baba torpaqlarına qovuşdu.​​​​​ Azərbaycan mübariz oğul və qızlarının şücaəti sayəsində 44 günlük Vətən müharibəsində Şanlı qələbə qazanaraq tarix yazdı. Otuz illik işğala son qoyaraq tarixi ədaləti bərpa etdi.Ermənistan tərəfindən viran qoyulmuş, dağıdılmış Azərbaycan torpaqları öz sahibinə  qovuşaraq özünün yeni çiçəklənən dövrünə qədəm qoydu.​​​​​​​​​​​​

Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağı qaldırıldı. Bundan böyük xoşbəxtlik ola bilməzdi. Azərbaycanın suverenliyi tam bərpa olundu.

Bu qazanılmış zəfərdə Ulu Öndər siyasətinin layiqli davamçısı olan  Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən, düşünülmüş xarici və daxili siyasəti böyük rol oynayır. Dövlətimiz bu qələbə ilə dünyaya səs saldı.

Bu gün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev münaqişə sonrası Qarabağda aparılan bərpa işlərində görünməmiş əzm və səbir nümayiş etdirir. 30 il səbr edib sonunda şəhid qanları bahasına tam suverenliyinə qovuşan ölkəmiz Xankəndinin də sabahının daha aydın və daha şəffaf olacağından əmindir. İşğal dövründə normal inkişafdan geri düşmüş regionun yenidən bərpasına başlayan və öz əzəli sakinlərinə qovuşması üçün dövlətimiz böyük səylər göstərməkdədir.

Dünya, Azərbaycan xalqının heç vaxt məğlubiyyətlə barışmayacağını və gec-tez öz amalına çatdığını gördü. Cənab İlham Əliyevin  qurduğu ordu öz töhvəsini verdi. Qürurluyuq çünki qalib xalqıq. Əminik ki, qələbəmiz əbədi olacaq.

Aynur Abbaszadə,
YAP Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Back to top button