GündəmAnalitikaSiyasət

Azərbaycan -Vyetnam dostluğu:tarixi köklər və gələcək əməkdaşlıq

Prezident İLHAM ƏLİYEV 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə müsahibə vermişdır.

  Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətləri uzun illərə söykənən zəngin tarixə malikdir.Prezident İlham Əliyevin 19 noyabr 2026-cıildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasındakı münasibətlərin keçmişinə,bugünkü vəziyyətinə və gələcək inkişaf perspektivliyinə aydınlıq gətirir.Dövlət başçısı müsahibəsində siyasi ,iqtisadi,humanitar,elmi və mədəni əlaqələrin əhəmiyyətini xüsusi vurğulamışdır.

  1959-cu ildə Ho Şi Minin Bakıya unudulmaz səfəri iki ölkə

arasındakı dostluğun başlanğıc nöqtəsidir.

Azərbaycan -Vyetnam dostluğunun təməli  1959- cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin

Bakıya tarixi səfəri ilə qoyulmuşdur.Bu səfər iki xalq arasında qarşılıqlı hörmət və etimad münasibətlərinin formalaşmasında mühüm rol oynamışdır.İki ölkə arasındakı əlaqələrin inkişafında Ümummilli Lider HEYDƏR ƏLİYEVİN də xüsusi xidmətləri olmuşdur.Onun 1983-cü ildə Vyetnama səfəri və bu səfər  çərçivəsində əldə olunan razılaşmalar əməkdaşlığın genişlənməsinə mühüm töhfə vermişdir.

 Müstəqillik dövründə də bu dostluq ənənələri qorunub saxlanmışdır.2014-cü ildə Prezident İLHAM ƏLİYEVİN Vyetnama dövlət səfəri ,2015 -ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri münasibətlərin inkişafına yeni təkan vermişdir.2025-ci ilin mayında Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri və Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə əlaqələrdə yeni mərhələnin başlanğıcı olmuşdur.

  Xeyriyyəçiliklə yanaşı,elm və təhsil əməkdaşlığı da dinamik şəkildə inkişaf edir.Azərbaycan ilə Vyetnam arasında humanitar əməkdaşlıq xalqımızı bir-birinə yaxınlaşdıran mühüm istiqamətlərdəndir.Bu sahədə HEYDƏR ƏLİYEV Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır.Fondun dəstəyi ilə Vyetnamın HA GİANQ  əyalətində ibtidai məktəb tikilmiş,müxtəlif təhsil və sosial layihələr həyata keçirilmişdir.

   2025-ci ildə HEYDƏR ƏLİYEV Fondunun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri də humanitar əlaqələrin genişlənməsinə töhfə vermişdir.Səfər zamanı təhsil müəssələri və yaradıcı təşkilatlarla görüşlər keçirilmiş,Hanou Ticarət və Turizm Kollecinə maliyyə yardımı göstərilmişdir.

   Elm və təhsil sahəsində əməkdaşlığın da zəngin tarixi vardır.Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşı Azərbaycanda təhsil almış, burada qazandıqları bilik və təcrübəni öz ölkələrinin inkişafına yönəltmişlər.Bu gün də hər iki ölkənin ali təhsil müəssələri arasında əməkdaşlıq müqavilələri və  anlaşma memorandumları imzalanir.Vyetnam vətəndaşlarının təhsil qrantlarından  yararlanmaq imkanları da bu əlaqələrin genişlənməsinə xidmət edir.

 Qarşılıqlı mədəni fəaliyyət təhsil əlaqələrini ahəngdar şəkildə tamamlayır.Azərbaycan və Vyetnam xalqlarının yaxınlaşmasında mədəni əməkdaşlığın da mühüm yeri vardır.Hər iki ölkədə keçirilən mədəni tədbirlər ,festivallar, ədəbi və incəsənət layihələri xalqımızın bir-birinin tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmasına şərait yaradır.

  2026-cı ildə Azərbaycanda keçirilən Vyetnam Günləri festivalının ilk dəfə Bakı Qəbələ şəhərlərini əhatə etməsi mədəni əlaqələrin genişlənməsinin göstəricisidir.

 Vyetnam şairi Mai Van Phanın şeirlər toplusunun Azərbaycanda nəşr edilməsi də ədəbi əməkdaşlığın maraqlı nümunələrindəndir.

 Bu dostluğun mədəni kökləri daha qədim tarixə gedib çıxır.Görkəmli bəstəkar Qara Qarayev 1955-ci ildə “ Vyetnam süitası”əsərini yaratmışdır.Kinorejissor Əjdər İbrahimov isə 1959-1962-ci illərdə Vyetnamda fəaliyyət göstərərək milli kino sənətinin inkişafına töhfə vermişdir.Onun” Vyetnamda gördüklərim”kitabının Hanoyda təqdim edilməsi də iki xalqın mədəni əlaqələrinin davamlığını nümayiş etdirir.Müsahibədə  iqtisadi və humanitar əməkdaşlığın digər istiqamətləri də diqqətə çatdırılmışdır.2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi,enerji və nəqliyyat  sahələrində yeni layihələrin nəzərdə tutulması tərəfdaşlığın geniş imkanlarından xəbər verir.

    Beləliklə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan -Vyetnam münasibətlərinin cox şaxəli inkişafını əks etdirir. Təxminən yetmişillik tarixə malik dostluq bu gün siyasi , iqtisadi,elmi,təhsil və mədəni sahələrdə uğurla davam etdirilir.Əminliklə demək olar ki ,qarşılıqlı hörmətə ,etimada və ortaq maraqlara əsaslanan bu münasibətlər gələcəkdə də inkişaf edəcək,hər iki xalqın rifahına və ölkələrimiz arasında dostlugun daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Şəhla Quliyeva,
M.Mirqasımov küçəsi 2 (RPM PHŞ) üzrə ƏPT sədr müavini

Oxşar Xəbərlər

Back to top button