AnalitikaGündəmSiyasət

Azərbaycan və Serbiya xalqları arasında dostluq münasibətlərinin dərin kökləri vardır

Serbiya xalqı bütün dövrlərdə öz dövlət suverenliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində böyük səylər göstərmişdir, qurbanlar vermişdir. Lakin buna baxmayaraq bu gün Serbiya uğurla inkişaf edir, həm beynəlxalq müstəvidə böyük hörmət qazanmışdır, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılmışdır. Eyni zamanda, bu gün Serbiya – təbii sərvətləri olmayan bir ölkə iqtisadi cəhətdən yalnız öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir. Burada Prezident Vuçiçinin çox yüksək liderlik keyfiyyətlərini qeyd etmək yerinə düşərdi. Çünki Prezident Vuçiç Serbiya xalqına, dövlətinə, dövlət maraqlarına bağlı olan insandır və hər bir ölkənin uğurunun arxasında məhz bu amillər dayanır. Bu nəticə Serbiyanın uğuru kimi yüksək qiymətləndirilməlidir.
Fevralın 15-də gerçəkləşən səfər iki suveren dövlətin – öz gücünə arxalanan Azərbaycanın və siyasi iradəsini qorumağı bacaran Serbiyanın – strateji baxışlarının qovuşduğu bir mərhələnin təsdiqidir. Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən əsas xətt “dostluq” sözünün sentimental çalarından çox, “dövlət marağı” anlayışının rasional çərçivəsidir. Serbiyanın suverenlik uğrunda tarixi mübarizəsinə verilən qiymət, əslində, Azərbaycanın öz Zəfərsonrası siyasi fəlsəfəsinin də diplomatik ifadəsidir: bu, dövlət marağının öncəliyinin ifadəsidir.
Azərbaycan və Serbiya beynəlxalq platformlarda bir-birinin ərazi bütövlüyünü, suverenliyini dəstəkləyir. Bu qarşılıqlılıq diplomatik etikadan çox, prinsipial mövqedir. Bizim elə əlaqələrimiz var ki, nə vaxt böhran baş versə, bir-birimizə həm maddi, həm də mənəvi dəstək göstərir, qardaşlıq nümayiş etdiririk. Bizim əməkdaşlığımız həyatın hər bir sahəsində inkişaf edir. 2012-ci illə müqayisədə xidmətlər sahəsində ticarət dövriyyəmiz əvvəlkindən 16 dəfə çoxdur. Həmçinin strateji tərəfdaşlıq sayəsində iki ölkə mümkün olan ən yaxın əlaqələr qurmuşdur. BU isə Serbiya Respublikası və onun vətəndaşları üçün olduqca vacibdir.
Azərbaycan Prezidenti İlham Əliyevin görüş sonrası bəyanatında bildirmişdir ki, mənim rəsmi səfərimin nəticələri özünü çox gözlətməyəcək. Biz yaxın gələcəkdə yenə də bir-birimizlə görüşəcəyik. Mən Prezident Vuçiçi və Serbiya nümayəndə heyətinin üzvlərini Azərbaycana dəvət etmişəm. Əminəm ki, biz bu il bir neçə dəfə görüşəcəyik – həm Azərbaycanda, həm də ola bilər, mən yenə Serbiyaya gəlim. Çünki mən əminəm ki, Azərbaycan nümayəndə heyəti burada özlərini evindəki kimi hiss edirlər. Mən dəfələrlə Serbiyada olmuşam və Prezident Vuçiçin rəhbərliyi ilə Serbiyada gedən inkişafı öz gözlərimlə görürəm. Buna görə bir daha serbiyalı dostlarımızı ürəkdən təbrik etmək istəyirəm və Prezident Vuçiçin şüarına da qoşuluram. Yaşasın Serbiya! Yaşasın Azərbaycan! Yaşasın Serbiya-Azərbaycan dostluğu”!
Bir gənc olaraq əminəm ki, iki dövlət arasında qurulan bu səmimi və yüksək səviyyəli əməkdaşlıq hər iki xalqın gələcək yüksəlişi və inkişafı üçün mühüm və önəmli nəticələr verəcəkdir.

Mustafa Məmmədzadə,
Xəzər rayonunun gənc fəalı,
Azərbaycan Universitetinin tələbəsi

Oxşar Xəbərlər

Back to top button