Azərbaycan və Rumıniya arasında prioritet əməkdaşlıq istiqamətləri
Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.
Strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır. Siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu bir daha göstərir.
Ölkələrimiz arasında ticarət dövriyyəsi iki dəfədən çox artsa da, hələ ki, istədiyimizə uyğun deyil. Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.
Energetika təkcə Rumıniya-Azərbaycan əlaqələrinin yox, bütövlükdə dünya gündəliyinin mərkəzində olan məsələdir.
Son illərdə Rumıniya qaz tranzit imkanlarının inkişafına və qonşu ölkələrlə bağlantının yaradılmasına xeyli sərmayələr yatırıb. İlk olaraq biz tamamilə yeni nəqlolunma infrastrukturunu Rumıniya ərazisində yaratdıq. Həmçinin Bolqarıstan və Macarıstanla müvafiq qaydada interkonnektorların daha da təkmilləşdirilməsini tamamladıq.
Uzun illər ərzində Azərbaycanın neft şirkəti SOCAR Rumıniyada fəaliyyət göstərir, 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu var.
Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.
İki il bundan əvvəl Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi uğurla icra edilmişdir.
Keçən il Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış təbii qaz üzrə Strateji Tərəfdaşlıq Memorandumu artımın göstəricisidir.Söhbət zamanı enerji sahəsində əməkdaşlığın perspektivləri, Rumıniyanın enerji təhlükəsizliyinin təmin olunması və enerji təchizatının şaxələndirilməsi baxımından Azərbaycandan təbii qaz və elektrik enerjisinin ixracı məsələləri müzakirə olundu.
Yaşıl enerji istiqaməti sahəsində çox önəmli addım atılmışdır. Bu çox strateji bir layihədir, böyük sərmayə tələb edən layihədir, habelə bir neçə ölkəni, iki dənizi birləşdirən layihədir.
Prioritet əməkdaşlıq istiqamətlərindən biri də nəqliyyat sahəsidir. Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.
Həmçinin Rumıniya üçün digər vacib bir layihəni qeyd edən K.Yohannis deyib: “Bu da bizim strateji tərəfdaşlarımıza aiddir, Moldovaya aiddir. Çünki Kişineu paytaxt şəhərinə məhz qazın təchizatına gəldikdə, bizim razılaşmamız 2021-ci ilin oktyabrında oldu. Bu, əslində, Moldovanın illik istehlakını təmin etməyə əlavə imkanlar yaradacaq. Bütün bu davamlı səylər və Rumıniyanın yatırdığı sərmayələr yekun olaraq Cənub Qaz Dəhlizinin yeni bazarlara Cənubi, Şərqi və Mərkəzi Avropada genişləndirilməsinə imkan yaradır. Bu, əslində hər iki tərəf üçün çox uduşlu vəziyyətdir. Azərbaycan öz təbii qazının ixracatını şaxələndirir və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verir.
Ölkəmizdə rəsmi səfərdə olan Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub.
Burada ali qonağa xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət-ənənəsi haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, “qızıl fond”unu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.
Daha sonra Rumıniya Prezidenti muzeydə yerləşən “Zərgərlik fondu” ilə tanış olub. Burada Azərbaycanın müxtəlif tarixi dövrlərinə aid qızıl və gümüş eksponatlar yer alır.
Rumıniya Prezidenti Klaus Yohannis muzeyin xatirə kitabına ürək sözlərini yazıb.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu ali qonaqda xoş təəssürat yaradıb.
Rumıniya Prezidenti Klaus Yohannis fevralın 3-də Şəhidlər xiyabanını ziyarət edib.
Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Rumıniya Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Rumıniyanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.
Əliyeva Günel,
Xəzər rayonu, 183 nömrəli tam orta məktəbin müəllimi