Analitika

Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələr inkişaf edib

Azərbaycanın MDB məkanında keçmiş postsovet dövlətləri ilə əlaqələrini möhkəmləndirməsi siyasəti uğurlu proseslər ilə davam edir. Belə ki, həmin ölkələr arasında Qazaxıstan Respublikasının da önəmli yeri və rolu mövcuddur. Lakin o da sirr deyil ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün daha çox və daha geniş imkanlar və potensial mövcuddur. Bu baxımdan, dünyanın qlobal siyasi təlatümləri fonunda bu kimi əlaqələrin möhkəmləndirilməsi artıq öz labüdlüyünü isbatlamaqdadır.Onu da qeyd edək ki, Azərbaycan–Qazaxıstan əməkdaşlığının qurulmasında və inkişafında Ulu Öndər Heydər Əliyev və Qazaxıstan xalqının lideri Nursultan Nazarbayevin müstəsna xidmətləri olub. Artiq həmin istiqamətdə də Ulu Öndərin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, iki ölkə arasında münasibətlər getdikcə daha da dərinləşir, öz müsbət bəhrələrini verir. Məhz Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri də bu reallığı bir daha təsdiqləməkdədir. Xatırladaq ki, 2019-cu ildə hakimiyyətə gəlməsindən sonra Kasım-Jomart Tokayev Azərbaycana ilk rəsmi səfərini reallaşdırıb. Eyni zamanda, sözügedən səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində həyata keçirilib. Səfər çərçivəsində ikitərəfli münasibətlərin geniş spektrinə dair müzakirələr aparılıb. Həmçinin, əminlik ifadə edilib ki, Azərbaycan və Qazaxıstan dövlətləri arasında bütün sahələrdə əlaqələrin inkişafı üçün çox geniş imkanlar və potensial var. Bu imkanlardan da maksimum istifadə edilməlidir. Vacib əhəmiyyətli görüşlərdən sonra imzalanan sənədlərdə ikitərəfli münasibətlərin bundan sonrakı inkişafına xidmət edəcək nüanslar da yer alıb. 30 il ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçibHəmin nüasnların təhlilinə qədər isə növbəti tarixi aspektləri də xatırlamaq olar. Belə ki, Azərbaycanla Qazaxıstanı yalnız tarixi dostluq-qardaşlıq telləri deyil, həm də soykökü bağlayır. Daha dəqiq desək, bu əlaqələrdə soykök, eyni mədəni və mənəvi amillər mühüm önəm kəsb edir. Eyni zamanda, hər iki ölkə strateji tərəfdaşdır. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın qurulmasından keçən 30 il ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçib. Xüsusən, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan ədalətli mövqe nümayiş etdirib. Ən əsas məqamlardan biri də Türk Şurasında olan əməkdaşlıq faktorudur. Qazaxıstanın da bu qurumda təməlli təmsilçiliyi digər türkdilli ölkələrlə əməkdaşlıq və strateji tərəfdaşlıq missiyasına öz töhfələrini verməkdədir.Cənab Tokayevin ölkəmizə rəsmi səfəri əsnasında Azərbaycan Prezidenti cənab İlham Əliyevi Qazaxıstanın “Altın kıran”- “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi də səfərin yaddaqalan hadisələrindəndir. O, təltifetmə zamanı bildirildi ki, Azərbaycanın dövlət başçısına Qazaxıstanda çox böyük hörmət və izzət göstərirlər, o, görkəmli dövlət xadimidir. Eləcə də bütün dünyada tarixi zəfərə imza atan, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin etməklə Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə təmin edən dövlət başçısı kimi qəbul edilir. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışında vurğuladı ki, Qazaxıstanla bizi ortaq tarix, dəyərlər birləşdirir, eyni zamanda hər iki ölkənin iqtisadi və sosial sahələrində bir çox nailiyyətlərə imza atılıb, beynəlxalq aləmdə güclü nüfuza malikdirlər. Bundan sonra da iki ölkə arasında münasibətlərin inkişafı üçün lazımi bütün addımlar atılacaq, çünki biz qardaş və dost dövlətlərik. Beləliklə, Kasım-Jomart Tokayevin Azərbaycana rəsmi səfəri bir daha sübut etdi ki, əlaqələrimizin həm iqtisadi, həm ticari, həm siyasi dialoq, həm də mədəni sahələrdə inkişafı üçün geniş perspektivlər mövcuddur.

Rüstəmov Bəhruz,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button