Azərbaycan və Misir həm ikitərəfli, həm də coxtərəfli platformalarda sıx əməkdaşlıq edirlər

Son vaxtlarda Prezident İlham Əliyevin mütəmadi olaraq bir sıra ölkələrə rəsmi səfərlərə getməsi, ikitərəfli və çoxtərəfli platformalarda mühüm görüşlər keçirməsi, aktual müzakirələr aparması Azərbaycanın xarici siyasətinə xüsusi dinamizm gətirib. İnkişaf edən Azərbaycan öz siyasətində, həmçinin tarixi köklərə istinad edir və ənənələrə, milli-mənəvi dəyərlərə həmişə yüksək bağlılıq sərgiləyir. Ölkəmizin ərəb dövlətləri, o cümlədən də daha geniş İslam coğrafiyası ilə münasibətlərinin dərinləşməsinə münbit zəmin yaradan əsas faktorlardan biri məhz tarixi bağlılıq amilidir. Müqəddəs dinimiz, oxşar mənəvi dəyərlərimiz ölkələrimizi və xalqlarımızı birləşdirən çox mühüm amil qismində çıxış edir. Ölkəmiz İslam dövlətləri ilə əməkdaşlığını ikitərəfli qaydada, həmçinin beynəlxalq platformalar üzərindən genişləndirir. Burada İslam Əməkdaşlıq Təşkilatının rolunu xüsusi qeyd edə bilərik. zərbaycanın sabiq Prezidenti Heydər Əliyev iki ölkə arasında münasibətlərin inkişafına daim böyük önəm verirdi.
1994-cü ilin sentyabrında Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirəyə işgüzar səfəri zamanı Misir Prezidenti Hüsnü Mübarəklə görüşüb. Bu görüş Azərbaycan-Misir münasibətlərinin möhkəmləndirilməsində və əməkdaşlığın yeni perspektivlərinin müəyyənləşdirilməsində böyük əhəmiyyət kəsb edib. Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.
Dost ölkələr olan Azərbaycan və Misir həm ikitərəfli, həm də coxtərəffli platformalarda sıx əməkdaşlıq edirlər. İki ölkə beynəlxalq təşkilatlarda – BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərir və bir-birini dəstəkləyir. Ölkələrimiz arasında ticari-iqtisadi məsələlər də daim gündəmdədir. Buraya əczaçılıq, sənaye sahələri, alüminium sənayesi, energetika, neft sənayesi, o cümlədən bərpaolunan energetika sahəsi və s. daxildir. Bu istiqamətlərdə əməkdaşlıq üçün geniş perspektivlər var. Prezident İlham Əliyevin iyunun 7-də Misirə uğurla baş tutan rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açacaq. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Səfərin gündəliyi kifayət qədər geniş olub. Prezidentlər mətbata bəyanatlarla çıxış ediblər. Səfərin önəmindən bəhs edən Prezident İlham Əliyev “Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək.
Bədiyyə Sadıqova,
YAP-ın gənc fəalı