AnalitikaGündəm

Azərbaycan və İtaliya münasibətlərinin keçmişi və yeni dövrü

İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının İtaliyadakı hazırkı səfiri Vaqif Sadıqov etimadnaməsini İtaliya Prezidenti C.Napolitanoya 8 fevral 2011-ci il tarixində təqdim etmişdir. İtaliyanın ölkəmizdəki səfiri M.Baldi etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə 23 oktyabr 2009-cu ildə təqdim etmişdir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şəfiqə Məmmədova olmuşdur. 4 mart 2016-cı il tarixindən Azər Kərimli işçi qrupunun rəhbəridir. İtaliya Senatında yaradılmış İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri isə xanım Rossana Boldidir. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında 30 sənəd imzalanmışdır. Son illərdə də Azərbaycan və İtaliya arasında olan iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edir. Onun sözlərinə görə, ölkələrimiz arasında ticarət əməkdaşlığı iqtisadi münasibətlərin əsas istiqamətlərindəndir. Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü elementi sayılır. Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək. İtaliya Azərbaycanın müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının İtaliyadakı hazırkı səfiri Vaqif Sadıqov etimadnaməsini İtaliya Prezidenti C.Napolitanoya 8 fevral 2011-ci il tarixində təqdim etmişdir. İtaliyanın ölkəmizdəki səfiri M.Baldi etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə 23 oktyabr 2009-cu ildə təqdim etmişdir. Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şəfiqə Məmmədova olmuşdur. 4 mart 2016-cı il tarixindən Azər Kərimli işçi qrupunun rəhbəridir. İtaliya Senatında yaradılmış İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri isə xanım Rossana Boldidir. Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında 30 sənəd imzalanmışdır. Son illərdə də Azərbaycan və İtaliya arasında olan iqtisadi əlaqələr yüksək səviyyədə inkişaf edir. Onun sözlərinə görə, ölkələrimiz arasında ticarət əməkdaşlığı iqtisadi münasibətlərin əsas istiqamətlərindəndir. Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard ABŞ dollarından çox olmaqla hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşlarından biridir. Müstəqillik illərində İtaliyanın Azərbaycan iqtisadiyyatına 770 milyon ABŞ dollarından çox, Azərbaycanın isə İtaliyaya 1,7 milyard ABŞ dolları həcmində investisiya yatırması uğurlu investisiya əməkdaşlığının göstəricisidir. Ölkələrimiz arasında iqtisadi əlaqələr əsasən neft-qaz və enerji sektorunu əhatə etsə də, son illərdə qeyri-neft sektoru üzrə də ciddi əməkdaşlıq əlaqələri qurulub. Azərbaycanda sənaye, tikinti, ticarət, kənd təsərrüfatı, rabitə, xidmət və s. sektorlarda İtaliyanın 114 şirkəti fəaliyyət göstərir. İtaliya şirkətləri, həmçinin ölkəmizin neft-qaz sektorunda dəyəri 9,9 milyard dollar olan 277 layihədə, qeyri-neft sektorunda isə dəyəri 708 milyard dollar olan 37 layihədə podratçı kimi iştirak edirlər. Bu statistika ikitərəfli münasibətlərdə iqtisadi faktorun güclü elementi sayılır. Azərbaycan-İtaliya münasibətləri bu gün dünya üçün mühüm töhfələr vəd edir. Bu əməkdaşlıq qarşıdakı illərdə daha da güclənəcək. Dövlətimizin başçısının bu günlərdə İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə işgüzar səfəri də böyük maraqla izlənilib. Bəri başdan qeyd edim ki, hazırda dünyanın aparıcı media qurumları bu səfəri, xüsusilə səfər çərçivəsində Prezident İlham Əliyevin Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışını geniş işıqlandırır. Dövlətimizin başçısı səfər çərçivəsində mühüm əhəmiyyətli görüşlər keçirib. Görüş və müzakirələr zamanı bir daha ikitərəfli münasibətlərin strateji xarakteri öz təsdiqini tapdı. Müxtəlif sahələrdə çox ciddi əlaqələrin olduğu da qeyd edildi. İtaliya Avropa İttifaqına daxil olan ən mühüm dövlətlərdən biridir. İki ölkə arasında dostluq münasibətləri getdikcə daha da möhkəmlənir. Azərbaycanda çox sayda İtaliya şirkətinin fəaliyyəti daim yüksək qiymətləndirilir. İtaliya Azərbaycanı beynəlxalq səviyyədə dəstəkləyən mühüm dövlətlərdən biridir və ölkəmiz də eyni münasibəti göstərir. Burda da qeyd etdiyim kimi , İtaliya və Azərbaycan münasibətləri keçmişə dayanır və günümüzdə də yüksək şəkildə inkişaf edərək yeni inkişaf mərhələsinə qədəm qoyub.

Mirsadıq Səməndərli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button