Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlər yeni periodda daha da inkişaf edəcək
Yanvarın 16-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Bu tədbirdə bir daha sübüt oldu ki Azərbaycan çox böyük nailiyyətlər və sürətli inkişaf yolunda inamla addımlamaqdadır. Görüşlərdə iki ölkə arasında əlaqələrin uğurlu inkişafı xüsusi vurğulanıb, müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da gənişlənəcəyinə əminlik ifadə olunub. Bu hal bir çox sahələrdə özünü göstərməkdədir. Eləcədə enerji tələbatları, xam nefti, neft-kimya məhsulları və elektrik enerjisini buna misal göstərmək olar. Hal hazırda bu sahədə böyük potensial layihələr icra olunmaqdadır. Məlum məsəslədir ki Azərbaycan enerji təhlükəsizliyini bir neçə il əvvəldən təmin etmişdir. Bərpaolunan enerji ilə bağlı çox saylı proqramlar həyata keçirilməkdədir. Hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Birləşmiş Ərəb Əmirliklərilədə mühüm layihəlırin icrasında əməkdaşlıq edir. “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladı. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətinin əsas istiqamətlərindən biri də işğaldan azad olunan ərazilərin potensialının qiymətləndirilməsi və istifadə olunmasıdır. Yaxın aylarda Cəbrayıl rayonunda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi planlaşdırılır. Cənab Prezident İlham Əliyev çıxışında bildirərək “Əlbəttə ki, bu məqsəd üçün, artıq qeyd etdiyim kimi, bizə ixrac marşrutları lazımdır. Elə ötən ay – dekabrın 17-də Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya Gürcüstanın Qara dəniz sahilindən Rumıniyanın Qara dəniz sahilinə qədər “Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsinə dair” Saziş imzaladılar. Bu Saziş Avropa Komissiyası Prezidentinin şahidliyi ilə imzalanmışdır. Planımız Azərbaycandan 4 qiqavatlıq yaşıl enerjini nəql etmək imkanını yaradacaq kabeli çəkməkdir. Lakin bu, kifayət etməyə bilər. Burada söhbət artıq razılaşdırılmış həcmlər barədə gedir. Lakin planlarımız daha genişdir.
Azərbaycanda investisiya mühiti çox müsbətdir. Biz neft və qaz sektoruna böyük sərmayələr cəlb etmişik. İndi isə hədəfimiz bərpaolunan enerjidir. Digər sözlə, planlarımız böyükdür və əminəm ki, işlərin öhdəsindən gələcəyik”. Bütün bunlar onu göstərir ki, Azərbaycan enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Bu sektordan gələn gəlirlər isə iqtisadi inkişafımıza müsbət təsir göstərəcək.
Sübhan Ərəbi,
YAP-ın gənc fəalı