Analitika

Azərbaycan və Belarus arasında dostluq münasibətləri

Azərbaycanla Belarus arasında münasibətlərin qurulması SSRİ dövrünə gedib çıxır. Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır. İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulmuşdur. Belarus Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir. İkitərəfli əlaqələrin dinamik inkişafı üçün və tərəflər arasında bağlanmış müqavilələrin, sazişlərin və digər sənədlərin səmərəli həyata keçirilməsi məqsədi ilə Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiya yaradılmışdır. Azərbaycan ilə Belarus arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

14 aprel 2021-ci il tarixində prezident Aleksandr Lukaşenkonun Azərbaycana səfəri çərçivəsində Belarus və Azərbaycan arasında bir sıra sənədlər imzalamışdı. İmzalanmış sənədlər arasında ən vacib sənədlərdən biri “energetika sahəsində əməkdaşlıq məsələlərinə dair Anlaşma Memorandumu” olmuşdur.

Hazırda Belarus Azərbaycana əsasən dəmiryol vaqonları, kənd təsərrüfatı texnikası, traktorlar və yük maşınları, ağac emalı məhsulları, süd və ət məhsulları, dərmanlar və neft məhsulları tədarük edir. Azərbaycandan Belarusa isə neft-kimya məhsulları, spirtli içkilər (şərab), fındıq, elektrik transformatorları, şirələr, meyvə və parçalar idxal olunur.

Bildiyimiz kimi, Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olub. Sənədlər nəqliyyat- kommunikasiya, rabitə, ticarət, kənd təsərrüfatı və digər sahələri əhatə etmişdir. Görüş çərçivəsində ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş birgə poçt markasının buraxılışı mərasimi keçirilmişdir.

Möhtərəm Prezident İlham Əliyev Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət etmişdir. Belarus Prezidentinin Azərbaycana səfəri hər iki dövlətin milli maraqlarına uyğundur, gələcək inkişaf və təhlükəsizlik üçün bir zəmanət olmaqla, dünyada sülhün, əmin-amanlığın bərpasına xidmət edir. İnanırıq ki, Belarus-Azərbaycan əlaqələri müsbət dinamika ilə inkişaf edəcək və enerji sahəsində əməkdaşlıq daha da artacaqdır!

Yaqublu Şəfiqə,
Xəzər rayonu, 237 saylı tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button