Azərbaycan – Türkiyə əlaqələrinin qədim tarixi vardır
Azərbaycan ilə Türkiyəni dərin tarixi kökləri, ortaq milli-mənəvi dəyərləri ilə bir-birinə sıx bağlı olan, xalqlarımızın iradəsinə uyğun olaraq sarsılmaz dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu möhkəm təməllər üzərində qurulmuş inam, etimad və dəstəyə əsaslanan dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqliyin və strateji tərəfdaşlığın ən yüksək səviyyəsinə yüksəlmişdir. Azərbaycan – Türkiyə əlaqələri ölkələrimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq, inkişaf etdirilir, strateji tərəfdaşlığımız daha da möhkəmlənir.
Azərbaycan – Türkiyə əlaqələrinin qədim tarixi vardır. Xalqlarımız tarixin ən çətin məqamlarında bir – birinə dəstək olmuş, soykök , milli və ortaq dəyərlər qardaş ölkələr arasındakı əlaqələrin əsasını təşkil etmişdir. Milli liderimiz, Mustafa Kamal Atatürk və Heydər Əliyev tərəfindən ” bir millətin iki dövləti ” səviyyəsinə yüksəldilən əlaqələrimiz bu gün ölkələrimizin strateji tərəfdaşlığı şəraitində davam etdirilir. Biz əslində öz vətənimizdə, ölkəmizdə, öz qardaşlarımızın arasındayıq. Azərbaycan ilə Türkiyə arasında dostluq qardaşlıq, münasibətləri , hamımızın bir millət olmaq ruhuna bağlılığımız hər şeydən əhəmiyyətlidir. Türkiyə ilə Azərbaycan arasında dostluq – qardaşlıq münasibətləri uğurla inkişaf edir, bütün sahələri əhatə edir və bu əməkdaşlığın çox gözəl nəticələri vardır.
Həm ikitərəfli formatda, həm regional müstəvidə Türkiyə Azərbaycan qardaşlığı və birgə fəaliyyəti çox önəmli bir amilə çevrilibdir. Türkiyə ilə Azərbaycan arasındakı sıx əməkdaşlıq , qardaşlıq əlaqələri türkdilli ölkələr arasındakı münasibətlərə də öz təsirini göstərir. Bunun əsas səbəblərindən biri Türkiyənin həm iqtisadi, həm siyasi, həm də digər sahələr üzrə dünyanın inkişaf etmiş dövlətlərindən biri olmasıdır. Azərbaycan – Türkiyə münasibətləri türkdilli dövlətlərin əməkdaşlığının daha da genişləndirilməsinə öz müsbət təsirini göstərməkdədir. Azərbaycan iqtisadiyyatın sürət tempinə, iri infrastruktur layihələrinin reallaşdırılmasına və uğurlu islahatların aparılmasına görə regionda lider dövlətə çevrilməsidir. Biz həmişə Türkiyənin bütün sahələr üzrə beynəlxalq aləmdə qazandığı uğurlara həmişə sevinmişik, bu nəaliyyətlərlə həmişə fəxr etmişik. O cümlədən Azərbaycan xalqının da uğurları , qələbələri Türkiyə üçün qürur mənbəyi olmuşdur. Azərbaycan və Türkiyə qardaşlığı münasibətləri əbədidir.
Sultanzadə Gülər,
Mədəniyyət Nazirliyinin Bakı Şəhər Mədəniyyət Baş Idarəsinin əməkdaşı, Yeni Azərbaycan Partiyasının fəalı.