Azərbaycan Silahlı qüvvələrinin leytenantı Həsənov Nurlan Nadir oğlunun doğum gününə həsr olunmuş tədbir keçirilib
Şuşa rayon 24 nömrəli ümumi orta məktəbin U.B.T-nin rəhbəri Ramella Quliyevanın təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində Füzuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə 01.10.2020-ci il tarixdə şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Silahlı qüvvələrinin leytenantı Həsənov Nurlan Nadir oğlunun doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.
Aktualinfo.az xəbər verir ki, tədbirdə şəhid Nurlan Həsənovun atası Nadir müəllim, anası Həqiqət xanım, bacısı və həyat yoldaşı Gülnar xanım, övladarı Məhəmməd və Nurgül işrirak etmişdir. Həmçinin Qəbələ şəhərinin çoxsaylı şəhid anaları, ataları, bacıları, Şuşa və Kəlbəcər rayon sakinləri və məktəbin valideyinləri də tədbirdə iştirak etmişdir.
Tədbirdə öncə Dövlət Himni səslənmiş və Azərbaycanın müstəqilliyi , ərazi bütövlüyü uğrunda canlarından keçmiş əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Leytenant Nurlan Həsənovun döyüş yolundan bəhs edilmiş və Prezident cənab İlham Əliyevin sərəncamına əsasən verilən medallar barəsində geniş məlumat verilmişdir.
Məktəb şagirdlərimizin ifasında şəhid Nurlana həsr olunmuş şerlər səslənmiş kompozisiyalar, tədbir iştirakçıları tərəfindən alqışla qarşılanmışdır.Leytenant Həsənov Nurlanın valideyinləri çıxış edərək göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və tədbir iştirakçılarına təşəkkür etdi.