Analitika

Azərbaycan Respublikassı Milli Məclisin ilk iclası – VI çağırış

Azərbaycanın siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkədə hər sahədə sistemli islahatlar keçirmişdir. Əsas etibarilə ölkədə nöbədənkənar seçkilerin keçirilmesini təminn etmiş, bunun əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha da təkmil şəkildə təşkil etməkdən ibarətdir. 1995-ci ildən etibarən Azərbaycan Respublikasının qanunvericilik hakimiyyətini Milli Məclis yerine yetirir. Milli Məclisin fəaliyyətinin əsas prinsiplerini aşkarlıq, çoxpartiyalılıq, məsələlərin sərbəst müzakirə və müstəqil həll olunması təşkil edir. Milli Məclis tarixində indiyədək 6 çağırış olmuşdur. Altıncı çağırış Milli Məclisin çoxpartiyalı məclisidir. Bütün siyasi qüvvələr rəqabət mühitində keçirilmiş seçkilərdə iştirak etmişdir. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən bugün lazımı addımlar atılır və gələcəkdə də bu istiqamətdə nəaliyyətlər əldə olunacaqdır. Azərbaycanda çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların inkişafı üçün lazım olan bütün alətlər spektri təmin olunmaq-dadır. Siyasi partiyaların movcudluğu hər bir cəmiyyətdə demokratiyanın və siyasi plüralizmin başlıca göstəricisidir. Çoxpartiyalı sistem siyasi parlamentdə yerlərin əksəriyyətini götürmək üçün eyni şanslara malik çoxlu sayda partiyanın iştirak etdiyi sistem kimi qiymətləndirilir.

Azərbaycan sosial dövlətdir və atılan bütün addımlar bunu təsdiq edir. Ölkədə aparılan islahatlar həm konseptual həm də struktur xarekteri daşıyır. Xüsusilə ölkə daxilində kadr islahatları aparılır. Respublikada idarəetməyə və dövlətçiliyə xələl gətirəcək hallara yol verən kadrlar arasında təmizləmə işləri aparılır. Bu addım demək olar ki, bütün idarəetmə orqanlarındaa həm mərkəzi, həm də yerli icra oraqanlarında məqsədyönlü şəkildə atılmaqdadır. Ümummilli lider Heydər Əliyev və onun siyasətdə yolunu davam etdirən Ali Baş Komandan İlham Əliyev respublikada iqtisadi islahatlar ilə irəliləyişlərin əldə olunmasına xüsusi diqqət yetiriblər. Bu gün də bu sahənin dırinləşməssi üçün davamlı olaraq qanunlar qəbul olunur. Azərbaycan əhalisinin mütləq əksəriyyəti gənclərdən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda demoqrafik mənzərə müsbət xarekter daşıyır. Gənclər dövlətə və millətə xeyirli vətəndaş olmalaı üçün milli ruhda tərbiyə olunmalıdır və xarici təsir altına düşmələrinin qarşısı alınmalıdır. Biz bilirik ki tarixən Azərbaycanın müstəqilliyinə kəm gğzlə baxanlar, hər vəchlə bu müstəqilliyi pozmaq istəyən qüvvələr vardır. Bunun qarşısını almaq üçün sıravi vətəndaşlarla birlikdə deputatlar da öz səlahiyyətləri daxilində dairələrdə fəal çalışmalı antiazərbaycançılıqla məşğul olan müxalifət qüvvələrinin arzu istəklərinin puça çıxması üçün əllərindən gələni etməlidirlər. Onu da qeyd etmək lazımdır ki bu istiqmətdə Azərbaycan Respublikasının hər bir vətəndaşı Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçməyə daim hazırdırlar.

Azərbaycan prespektiv əməkdaşlıq istiqamətində əvəzsiz rola malikdir. Belə ki, ölkəmiz türkdilli dövlətlərlə əməkdaşlıq yaradaraq ölkələrlə sağlam münasibət yaratmaqdadır. Xüsusilə respublikamız qonşuluğunda olan dövlətlərlə münasibətlərinin dostluq əsasında qurulmasına ayrı diqqət ayırır. Eyni zamanda Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı da inkişaf edir. Avropa ittifaqına üzv olan doqquz ölkə ilə Azərbaycanın iqtisadi tərəfdaşlıq sənədləri vardır.

Balayeva Fidan
Xəzər rayonu, 322№ tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button