Azərbaycan Respublikası və Rusiya Federasiyası arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr gələcək dövrlərdə də layiqincə və uğurla davam etdiriləcək
Azərbaycan və Rusiya arasındakı münasibətlər tarixi köklərə malikdir və hər iki dövlət başçılarının siyasi iradəsi ilə bu əlaqələr daim gücləndirilməkdədir. Heydər Əliyev və Vladimir Putin arasında qoyulan dostluq və mehriban qonşuluq əlaqələrinin əsasları sonrakı illərdə İlham Əliyev tərəfindən daha da möhkəmləndirilmişdir. 2022-ci ilin fevral ayında Moskvada Prezident İlham Əliyev və Prezident Vladimir Putin tərəfindən imzalanan müttəfiqlik haqqında Bəyannamə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsini təmin etmişdir. Azərbaycan və Rusiya arasındakı əlaqələrin inkişafı özünü statistik göstəricilərdə də göstərir. İki ölkə ölkə arasında ticarət dövriyyəsi 2017-ci illə müqayisədə iki dəfədən çox artaraq 2022-ci ildə 4,5 milyard ABŞ dollarına çatıb. Bu artımın əsas səbəbi ölkələrimiz arasındakı yük daşımalarının həcmi və ticarət axınının şaxələndirilməsi ilə bağlıdır. Rusiya-Azərbaycan iqtisadi münasibətləri xüsusilə sənaye kooperasiyası sahəsində yeni layihələrin reallaşdırılması ilə daha da genişlənməkdədir. Hal-hazırda Azərbaycanda fəaliyyət göstərən 1400-dən çox Rusiya kapitallı müəssisə mövcuddur ki, bunların da 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Prezident İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına yeni və mühüm töhfə verəcək. Səfər çərçivəsində Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının (BAM) 50 illik yubiley tədbirində iştirakı Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun da növbəti ifadəsi olacaq.
Prezident İlham Əliyevin cari ilin 22 aprel tarixində Rusiyaya işgüzar səfəri çərçivəsində sovet İttifaqında ən nəhəng tikintilərdən biri – Ümummilli Liderin adı ilə bağlı olan Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə təntənəli tədbir keçirildi. Bu yubiley tədbiri BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyasının rəhbəri kimi bu nəhəng layihənin reallaşdırılmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin xatirəsinə və nümunəvi fəaliyyətinə göstərilən yüksək ehtiramın daha bir ifadəsidir. Rusiya rəsmiləri Ulu Öndər Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisində xidmətlərini daim dərin ehtiramla vurğulayırlar. Onlar bu magistralın tikintisi ilə bağlı verilən qərar sayəsində bu gün Rusiyadan Şərqə yük daşındığını bildirirlər.
Səbinə Həsənova,
Yeni Azərbaycan Partiyası Nizami rayon fəal üzvü