Analitika

Azərbaycan Respublikası və İqtisadi Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin genişləndirilməsi

Azərbaycan Respublikasının xarici siyasət strategiyasında beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq etmək. Ölkəmiz müstəqillik qazandıqdan sonra müxtəlif təşkilatlara üzv olmuşdur. Bunlardan Birləşmiş Millətlər Təşkilatının, İslam Konfransı Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, İqtisadi Əməkdaşlıq Təşkilatının, Avropa Şurası və Avropa ittifaqının adlarını çəkmək mümkündür.  Azərbaycan Respublikası bu təşkilatlarla və onlara üzv dövlətlərlə qarşılıqlı faydalı münasibətlərin inkişafına xüsusi diqqət yetirir.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra ölkənin dinamik inkişafının təminatı məqsədilə 1992-ci ildə bu  İqtisadi Əməkdaşlıq Təşkilatına üzv olmuşdur. Əlaqələrin möhkəmləndirilməsi çərçivəsində Azərbaycan həm təşkilatla, həm də təşkilata üzv  olan dövlətlərlə münasibətlərinə böyük önəm verir. Bu dövlətlərdən biri də Özbəkistandır. Özbəkistan və Azərbaycan arasında tarixən dərin dostluq və qardaşlıq əlaqələri mövcud olmuşdur. İki tərəfdaş ölkə arasında bir çox sahələrdə, o cümlədən nəqliyyat, logistika, yaşıl enerji və hidrogen enerjisi kimi layihələrdə birgə əməkdaşlıq əlaqələrin inkişafı sahəsində xüsusi rola malikdir.  Prezident İlham Əliyevin 2023-cü il 9 noyabr tarixində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında iştirak etməsi bu əlaqələrin bariz nümunəsidir. Görüş zmanı Prezident İlham Əliyev çıxış etmiş və çıxışı zamanı prezident Azərbaycan və Özbəkistan arasındakı sarsılmaz münasibətlərdən, müxtəlif sahələr üzrə əməkdaşlıqlarından, ölkəmizin son illər ərzində həyata keçirdiyi tədbirlərdən, qazandığı uğurlardan bəhs etmişdir. Ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatı və onun kimi bir çox əhəmiyyətli təşkilatlarla sıx əlaqələr yaratması onun gələcək inkişafı sahəsində böyük önəmə malikdir.

Zərxanım Abbasova,
YAP-ın fəalı

Oxşar Xəbərlər

Back to top button