Analitika

Azərbaycan Respublikası müstəqillik illərində şərəfli dövlətçilik yolu keçmişdir

Dövlət müstəqilliyinin yenidən bərpasından ötən 31 illik dövr müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi, iqtisadi və mədəni inkişafı tarixində mürəkkəb və şərəfli mərhələ olmuşdur. 1918-ci il 28 may tarixində şərqdə ilk demokratik idarəetmə forması – Azərbaycan Demokratik Respublikası elan edildikdən sonra qısa müddətdə süqut etdi və sonrakı Sovetlər Birliyinin tərkibinə kommunist rejimi kimi qoşulan Azərbaycan XX əsrin sonlarında yenidən öz dövlət müstəqilliyini bərpa etdi.

Ölkəmiz insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçdi. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini rəsmiləşdirən Konstitusiya Aktının qəbulu Azərbaycan Respublikasında milli siyasət və idarəetmənin, iqtisadi inkişafın əsaslarını müəyyən etməklə, ictimai həyatın bütün sferalarının tənzimlənməsində, davamlı inkişafın, təmin olunmasında, peşəkar və səmərəli dövlət qulluğunun formalaşdırılmasında əhəmiyyətli olmaqla, insan hüquqlarına verilən mühüm töhfələrdən oldu.

Bu mühüm tarixi sənəd xalqımızı azadlığına qovuşdurdu. Lakin, o dövrdə baş verən hadisələr, Azərbaycanın müstəqillik yolunun açılmasını istəməyən və gözü götürməyən qüvvələrin, dövlətlərin dəstəyi ilə separatçı addımların atılması, qanunsuz silahlı birləşmələrin təxribat fəaliyyəti və o dövrkü hakimiyyətin səriştəsizliyi, qətiyyətsizliyi Azərbaycanda xaos və vətəndaş müharibəsi təhlükəsi yaradaraq ölkədə qarşıdurma və hərc-mərcilik yaranmasına səbəb olmuş və yenidən Azərbaycanı müstəqilliyinin itirilməsi təhlükəsi ilə üz-üzə qoymuşdur. Azərbaycan xalqının təkidli xahişi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində müstəqilliyimiz çətin və mürəkkəb bir şəraitdə qorunub saxlanıldı.

1993-cü il ölkədə sabitlik və inkişaf ilinin başlanğıcı kimi tarixə düşməklə, respublikamız üçün taleyüklü strateji islahatların, qanunvericiliyin, bazar iqtisadiyyatı prinsiplərinə cavab verən yeni iqtisadi siyasətin həyata keçirilməsi, o cümlədən insan hüquqları sahəsində dinamik inkişaf mərhələsinin başlanğıcı oldu. Müstəqilliyimizin ilk illərində çox mürəkkəb bir şəraitdə təxirə salınmadan, 1994-cü ilin ortalarında müstəqil dövlətin yeni Konstitusiya layihəsinin hazırlanmasının təşəbbüskarı da məhz ulu öndər Heydər Əliyev oldu. Onun təşəbbüskarlığı və sədrliyi ilə Azərbaycn Respublikasının yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiyanın yaradılması, beynəlxalq hüquq normalarının və insan hüquqlarının ümumtanınmış prinsipləri əsasında, demokratik tərzdə və xalqın rəyi nəzərə alınaraq geniş müzakirə edilməsi, 12 noyabr 1995-ci ildə keçirilən ümumxalq səsverməsi yolu ilə ölkənin əsas qanununun qəbulu Azərbaycan Respublikasında hüquqi dövlət ideyasının formalaşmasında mühüm təkan oldu. Azərbaycan Respublikasında 1995-ci ildə ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu və insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk milli Konstitusiyamızın qəbul olunması siyasi sistemin müasirləşdirilməsi və demokratik institutların formalaşdırılması üçün zəmin yaratmışdır. Burada fundamental olan bərabərlik hüququ, yaşamaq, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq və sair bu kimi vətəndaşlıq hüquqları öz əksini tapmışdır.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button