Analitika

Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır

44 günlük Vətən müharibəsinin bitməsinin ardından başlayan sülh prosesi 2023-cü ildə yeni – daha dinamik mərhələyə qədəm qoyub. Avropa İttifaqının moderatorluğu ilə keçirilən Brüssel görüşləri və digər təmaslar iki ölkə arasında münasibətlərin normallaşma prosesinə əhəmiyyətli dərəcədə təsir göstərir. Ümumiyyətlə, Brüssel sülh formatı ötən dövr ərzində özünün mühüm məqamları, hətta uğurları ilə yadda qalır – məsələn, son üç ayda baş tutan bir neçə təmas zamanı Ermənistan Azərbaycanın ərazi bütövlüyünü detallı şəkildə tanıdığını rəsmən bəyan etdi və 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə uyğun olaraq Azərbaycanın ərazisinin toxunulmazlığına birmənalı sadiqliyini təsdiqlədi. Sülh gündəliyi ikitərəli münasibətlərin inkişafı istiqamətində də mühüm müsbət impulslarla da yadda qalmaqdadır. Məhz bu kimi mühüm nüanslar Avropa İttifaqının moderatorluğu ilə baş tutan Brüssel sülh gündəliyi üzrə danışıqların davam etdirilməsinin zəruriliyini ortaya qoyur, bu danışıqların prosesin inkişafına yeni töhfələr verəcəyinə inamı artırır. Azərbaycanın bayrağını yüksəkliklərdən-yüksəkliklərə qaldıran siyasi gücə, iradəyə malik Böyük Lideri, Sərkərdəsi və Prezidenti var. Bu güc, bu Sərkərdəlik Azərbaycan xalqını Müzəffər xalq kimi dünyaya tanıtdı, ZƏFƏR qazanmış xalq olaraq hərbi gücümüzü dünyaya göstərə bildik. Tariximizi yazmaqla dünya hərb tarixinə də yeni bir səhifə açdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz 44 gün davam edən müharibənin gedişində möhtəşəm qələbələr qazanaraq dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciəti tarixdə yeni səhifə, salnamə oldu. Ölkəmizdə xalq-iqtidar həmrəyliyi mövcudluğu, güclü ordumuz, milli-mənəvi dəyərlərə söykənən cəmiyyətin formalaşması da qələbəmizi şərtləndirən amillər sırasındadır. İşğal altında olan şəhər, kənd və qəsəbələrimizin Azərbaycan ordusu tərəfindən azad olunması, eləcə də Şuşanın azad edilməsi və noyabrın 9-da 72 yaşayış məntəqəsinin azad edilməsi artıq düşmənin çıxılmaz vəziyyətdə olduğunu ona anlatdı və məğlubiyyəti ilə üz-üzə qaldı.  Azərbaycan – Ermənistan arasında danışıqlar prossesinə ətraflı toxunan ölkə başçısı Brüssel görüşlərindən danışıb. Qeyd edib ki, danışıqların Avropa İttifaqının paytaxtında keçirilməsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü olub və ölkəmizin rəhbəri bu dəvəti qəbul edib. Çünki Avropa İttifaqının həm Azərbaycan, həm də Ermənistan ilə  sıx əməkdaşlıq əlaqələri vardır və buna görə də Avropa İttifaqının bu işlərdə fəal olması təbiidir. Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, Sülhün əldə edilməsi onları siyasi-iqtisadi asılılıqdan xilas edə, müstəqil ölkə kimi ortaya çıxara bilər. Bunun üçün isə Ermənistanın qeyri-konstruktiv mövqeyindən əl çəkməli, regionda sabitliyin formalaşmasına töhfə verməlidir. 2021-ci ilin dekabrından başlayaraq sülhyaratma prosesində vasitəçilik edən Avropa İttifaqının moderatorluğu ilə baş tutan danışıqların nəticə verməməsinin də əsas səbəbi Ermənistanın mövqesizliyidir. Bu ölkə ikiüzlü siyasətini davam etdirməklə, manipulyasiyalar etməklə nələrəsə nail olmaq fikrindədir. Bu fakt hətta Ermənistanın siyasi rəhbərliyi tərəfindən də zaman-zaman etiraf olunur. Bir yandan Brüssel prosesinə sadiq olduğunu bildirən, hətta görüşlərdə proqressiv irəliləyişlərə belə “hə” deyən rəsmi İrəvan sonradan tamam fərqli şeylər danışır. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir.Bununla belə prosesin inkişaf etdirilməsi olduqca zəruridir. Çünki danışıqlar prosesinin davamlı olması, fərqli strukturlar tərəfindən inkişaf etdirilməsi, XİN rəhbərləri və digər rəsmilərin təmaslarının intensivliyi durğunluğun yaranmasının qarşısını alan amilə çevrilə bilər. Xüsusilə, Brüssel prosesinin uğurlu nəticə ilə yekunlaşacağına da ümid böyükdür. Prezident İlham Əliyev müsahibəsində bildirib ki, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük.

Aynur Həsənova,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button