Analitika

Azərbaycan qlobal proseslərin içərisindədir və baş verən hadisələrin əsas iştirakçılarındandır

Azərbaycanın COP 29 kimi böyük tədbirə ev sahibliyi etməsi möhtəşəm siyasətin nəticəsidir Azərbaycanın bu cür mərama xidmət edən mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsi təsadüf deyil. Çünki tarixən fərqli dinlərin, xalqların nümayəndələri ölkəmizdə bir ailə kimi sülh və mehribanlıq içində yaşayıblar. Ümummilli Lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü uğurlu siyasət nəticəsində hazırda Azərbaycanda tolerant cəmiyyət mövcuddur və heç bir milli, dini ayrı-seçkiliyə yol verilmir. Məhz ölkəmizin sivilizasiyalararası dialoqların keçirildiyi məkana çevrilməsi də burada var olan tarixi, coğrafi, mədəni əsaslara söykənir.

Azərbaycan Prezidenti Cənab İlham Əliyevin VI Dünya Mədəniyyətlərarası Dialoqlar Forumunda çıxışı zamanı həm COP-29 həm Qoşulmama Hərəkatı, həm də İqlim dəyişikliyi ilə bağlı məsələlərə toxunması bundan xəbər verir ki, Azərbaycan artıq qlobal proseslərin içərisindədir və baş verən hadisələrin əsas iştirakçılarındandır. Əslində Azərbaycanın həm COP29-a, həm Qoşulmama Hərəkatına, həm də iqlim dəyişikliyi ilə bağlı məsələyə toxunması ondan xəbər verir ki, Azərbaycan beynəlxalq proseslərin iştirakçısı olmaqla yanaşı onlara yön verməyə qadir olan dövlətlərdəndir. Bu, artıq digər güc mərkəzlərini maraqlandırdığı kimi Azərbaycanı da maraqlandırır. Yəni, bu proseslər önəmlidir. Xüsusilə də COP29-un Azərbaycanda keçirilməsi beynəlxalq birliyin Azərbaycana olan etimadının göstəricisidir. İqlim dəyişikliyi məsələsi artıq ümümbəşəri bir prosesdir və onun qarşısının alınması yollarını beynəlxalq birlik müzakirə edir.

Düşünürəm ki, təkcə bununla kifayətlənmək olmaz. Həm də Qoşulmama Hərəkatında Azərbaycanın aktiv iştirakı, parlament şəbəkəsini yaratması Azərbaycanın aktivinə yazılan müsbət hallardan biridir. Bütün bunların hər biri düşünürəm ki, cənab Prezidentin səsləndirdiyi tezislər hər biri ölkəmizin gələcəyi baxımından vacib əhəmiyyət daşıyır. O baxımdan, cənab Prezidentin toxunduğu bu məsələlər VI Ümümdünya Mədəniyyətlərarası Dialoqlar Forumunun iştirakçıları üçün də maraq kəsb edən və xüsusi əhəmiyyət daşıyan məsələdir. Azərbaycan iqlim dəyişikliyi məsələlərində həm Qoşulmama Hərəkatında, həm də COP29-da bir nümunə yaradacaq və yaradır da. Bunu hər biri gələcəkdə özünün məntiqi nəticəsini verəcəyini düşünürəm.

Günel Əbdürəhmanova,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button