AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan–Özbəkistan: əbədi dostluqdan strateji tərəfdaşlığa

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan–Özbəkistan münasibətlərinin yüksək səviyyəsini bir daha nümayiş etdirdi. Daşkənddə keçirilən görüşlər və aparılan müzakirələr iki ölkə arasında siyasi dialoqun möhkəm əsaslara söykəndiyini göstərdi. Azərbaycan və Özbəkistan arasında imzalanan “Əbədi dostluq haqqında Müqavilə” isə münasibətlərin gələcəyə hesablandığını təsdiqləyən mühüm addım oldu.

İki ölkə arasındakı əməkdaşlıq artıq yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşmır. Ticarət, investisiya, sənaye, enerji, kənd təsərrüfatı və digər sahələrdə bir sıra konkret layihələr həyata keçirilir. Ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması qarşıya qoyulan əsas hədəflərdən biri kimi iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar yaradır.

Azərbaycan və Özbəkistan arasında qarşılıqlı etimadın mühüm göstəricilərindən biri də bir-birinin həyata keçirdiyi mühüm layihələrə verdiyi dəstəkdir. Özbəkistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi layihələr qardaş ölkənin həmrəyliyinin real nümunəsidir. Bu addımlar xalqlarımız arasındakı tarixi və mənəvi bağların müasir dövrdə də davam etdiyini göstərir.

Bakı–Daşkənd münasibətlərinin inkişafı yalnız iki ölkə üçün deyil, bütövlükdə Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. Siyasi etimadın, iqtisadi əməkdaşlığın və humanitar əlaqələrin daha da güclənməsi gələcəkdə yeni birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Bu baxımdan Azərbaycan–Özbəkistan tərəfdaşlığı regional əməkdaşlığın uğurlu nümunələrindən biridir.

Çinarə Musayeva,
YAP Nizami rayon təşkilatının gənc fəalı

Oxşar Xəbərlər

Back to top button