Analitika

Azərbaycan-Misir əlaqələri sürətlə inkişaf edir

Misir Ərəb Respublikası Azərbaycanın müstəqilliyini tanıdığı 1991-ci il dekabrın 26-dan etibarən iki ölkə arasında siyasi, sosial- iqtisadi əlaqələr davamlı olaraq inkişaf edib, yaradılan hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək komissiyanın səmərəli fəaliyyəti nəticəsində əlaqələrin möhkəmlənməsi istiqamətində mühüm addımlar atılıb, 60-dan çox sənəd imzalanıb. Hazırda respublikamızda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir. İki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Enerji sahəsində əməkdaşlığımız çoxşaxəlidir və bu əlaqələrin genişləndirilməsi üçün davamlı tədbirlər həyata keçirilir, SOCAR Misirin Dövlət Neft Şirkəti ilə əməkdaşlıq edir.

Əlaqələri turizm sahəsində də diqqət çəkir. Son illər ərzində Misirdən ölkəmizə gələn turistlərin sayının 50 faiz artması da bu fikrin bariz ifadəsidir. Bundan başqa iki ölkə arasında bir sıra mühüm sosial layihələrin gerçəkləşdirilməsi də xalqlarımızı bir-birinı daha da yaxınlaşdırır. Bütün bunlar onu göstərir ki, hazırda Azərbaycan-Misir münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub və bu, hər iki xalqın milli maraqlarına cavab verir. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır. Azərbaycan Prezidenti İlham Əliyevin Misirə indiki rəsmi səfəri də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsini və bu istiqamətdə yeni uğurların əldə edilməsini şərtləndirir.

Ölkələrimiz arasında bu günədək 48 sənəd imzalanmışdır. Hər iki ölkə neft və qaz hasil edən dövlətlər kimi dünya enerji bazarının tənzimlənməsində mühüm rol oynayır. İqtisadi münasibətlərimizin dərinləşməsi üçün geniş imkanlar mövcuddur.

Orxan Abdullazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button