Analitika

Azərbaycan məsuliyyətli ölkədir və digər dövlətlərin ərazisində müharibə aparmaq niyyəti yoxdur

Hazırda Azərbaycan Respublikasının 183 xarici ölkə ilə diplomatik əlaqələri qurulmuşdur. Azərbaycanın 59 ölkədə səfirliyi, 9 şəhərdə baş konsulluğu, 17 ölkədə fəxri konsulluğu fəaliyyət göstərir. Azərbaycanın 19 beynəlxalq təşkilat yanında nümayəndəliyi mövcuddur. Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb.

Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda – bir neçə gün əvvəl beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı.Bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra, nəhayət, humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu.

Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib. Dövlətimizin başçısı cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir ki, Azərbaycan beynəlxalq münasibətlərin tamhüquqlu subyektidir. Ölkəmizin beynəlxalq nüfuzu hər gün artır.

Bu gün heç də bütün dövlətlər müstəqil xarici siyasət yeritmək iqtidarında deyil. Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan Ermənistan BMT-nin qətnamələrini belə kağız parçası kimi kənara atdı, beynəlxalq çağırışlara qulaq asmadı. Dünyada müəyyən qüvvələr indi də ermənilərin hay-küylərini ciddiyə alır, onlara inanırlar. BMT Təhlükəsizlik Şurasında Qarabağdakı ermənilərlə bağlı iclasın çağırılmasının özü İrəvanın beynəlxalq müstəvidə Azərbaycana qarşı apardığı siyasi-şounun, qarayaxmanın nəticəsində mümkün oldu.

Bəkirli Mürsəl,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button